» » Cahangir Hacıyev prokurorluğu məhkəməyə verdi

Cahangir Hacıyev prokurorluğu məhkəməyə verdi

Bölmə: Kriminal
Cahangir Hacıyev prokurorluğu məhkəməyə verdi

"Azərbaycan Beynəlxalq Bankı" ASC-nin İdarə Heyətinin keçmiş sədri, hazırda həbsdə olan Cahangir Hacıyev Baş Prokurorluğu məhkəməyə verib. C.Hacıyev buna səbəb kimi hüquqlarının pozulmasını göstərib.

Xalqİnfo” musavat.com-a istinadən xəbər verir ki, bu barədə onun vəkili Aqil Layıcov məlumat verib. Baş Prokurorluğun onunla bağlı təqsirsizlik prezumpsiyasını pozduğunu iddia edən C.Hacıyevin şikayətinə dekabrın 14-də Səbail Rayon Məhkəməsində baxılacaq. Məhkəmə prosesinə hakim Nurəddin Bağırov sədrlik edəcək.

Ancaq vəkil bildirib ki, Cahangir Hacıyev Baş Prokurorluğa qarşı şikayətinə adıçəkilən hakimin baxmasını istəmir və məhkəmədə bununla bağlı etiraz ediləcək: "Ona görə də, Nurəddin Bağırova yazılı şəkildə etiraz veriləcək".

Xatırladaq ki, Cahangir Hacıyev 5 dekabr 2015-ci ildən həbsdədir. O, 15 il müddətinə azadlıqdan məhrum edilib. Sabiq bankir mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığında suçlanır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler