» » Gömrükdə narkotik əməliyyatı

Gömrükdə narkotik əməliyyatı

Bölmə: Kriminal
Gömrükdə narkotik əməliyyatı

İrandan Azərbaycana narkotik keçirmək istəyən şəxs yaxalanıb.

Xalqİnfo.az xəbər verir ki, Dövlət Gömrük Komitəsindən “Qafqazinfo”ya verilən məlumata görə, Astara Gömrük İdarəsinin əməkdaşları İrandan ölkəmizə piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama zamanı ondan narkotik vasitələr aşkar ediblər.

Öncə vətəndaşın corabında bir ədəd bükümdə xalis çəkisi 17,675 qram olan heroin, sonra isə çantasının cibində 3 ədəd həb şəklində "Metadon" adlı dərman preparatı aşkar edilib.

Xatırladaq ki, metadon adlı həb "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələr"in siyahısına daxildir və aşkar olunan 3 ədəd həbdə metadonun təsiredici maddəsinin ümumi miqdarı 0,12 qram təşkil edir.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler