» » Azərbaycanda reketlərə qarşı xüsusi “oblava”

Azərbaycanda reketlərə qarşı xüsusi “oblava”

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Azərbaycanda reketlərə qarşı xüsusi “oblava”

Son vaxtlar Azərbaycanda hüquq-mühafizə orqanları tərəfindən reket medialara qarşı xüsusi əməliyyatlar keçirilir.

Xalqİnfo” xəbər verir ki, bu ilin ortalarından başlayan əməliyyatlar nəticəsində insanları şantaj edərək pul tələb etməkdə ittiham olunan bir neçə saytın rəhbəri saxlanılmışdı. Hazırda həmin işlər üzrə istintaq-məhkəmə prosesləri keçirilir.

Jam.az saytının baş redaktoru Fikrət Fərəməzoğlu da Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə pul tələb etmədə) maddəsi ilə həbs edilib.

Azərbaycanda reketlərə qarşı xüsusi “oblava”














Bunun davamı kimi, 2 gün əvvəl DTX keçirdiyi xüsusi əməliyyatla “Bizim dövr” qəzetinin baş redaktoru Surxay Əliyev və onun tapşırıqları əsasında fəaliyyət göstərən digər şəxslər saxlanılıblar. Sözügedən şəxslər insanların intim videogörüntülərini yaymaqla onları şantaj etməkdə şübhəli bilinərək tutulublar. Barələrində olduqca ağır ittihamlar açıqlanıb.

Məlumat üçün bildirək ki, Surxay Əliyevə qarşı DTX tərəfindən Azərbaycan nəşriyyatında əməliyyat keçirilib, onlar elə burada yerləşən yuvalarında həbs ediliblər.

Azərbaycanda reketlərə qarşı xüsusi “oblava”














Bu gün “Qafqazinfo”ya daxil olan məlumata görə, hüquq-mühafizə orqanlarının xüsusi əməliyyat qrupu reket saytların və qəzetlərin yuvası kimi tanınan Azərbaycan nəşriyyatının binasında reyd keçirib. Məlumatlara görə, Azərbaycanda insanlardan bu yolla pul tələb edən, açıq reket fəaliyyəti göstərən, məmurlara qarşı şantajlardan istifadə edən bir çox reket media orqanı məhz burada yerləşir. Onlara qarşı yaxın günlərdə böyük ölçü götürüləcəyi gözlənilir.

Məlumat üçün bildirək ki, reket mediaya qarşı tədbirlər Azərbaycanda artıq 10 ildən artıqdır ki, görülməyə başlayıb. Əvvəllər bu cür tədbirlər Mətbuat Şurası vasitəsilə, ictimai qınaq şəklində həyata keçirilib və müxtəlif qara siyahılar tərtib olunub. Son həyata keçirilən tədbirlər isə onu deməyə əsas verir ki, dövlət reket mediasına qarşı ciddi ölçü götürmək niyyətindədir və bu kimi əməliyyatlar ictimaiyyət tərəfindən təqdir olunur.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler