» » Türkiyə vətəndaşı Naxçıvanda qəza törətdi -

Türkiyə vətəndaşı Naxçıvanda qəza törətdi - Ölən var

Bölmə: Kriminal
Türkiyə vətəndaşı Naxçıvanda qəza törətdi -

Türkiyə vətəndaşı Naxçıvanda ölümlə nəticələnən yol qəzası törədib.

XalqİnfoDaxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, dekabrın 1-də saat 21 radələrində Sədərək rayonu ərazisində Türkiyə vətəndaşı Engin Kenan idarə etdiyi "Renault" markalı avtomobili yolun kənarında dayanmış rayon sakini Asəf Əliyevə məxsus "QAZ-3110" markalı avtomobilə vurub. Avtomobil zərbədən yaxınlıqda dayanmış A.Əliyevə, həmyerliləri Murad Qasımova və Rauf Qaybalıyevə dəyib.

Qəzada A.Əliyev, M.Qasımov, R.Qaybalıyev və E.Kenanın 1 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan A.Əliyev dekabrın 2-də orada ölüb. Naxçıvan MR DİN DYPİ tərəfindən hadisə ilə bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler