» » Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərləri vəkillərindən imtina etdi

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərləri vəkillərindən imtina etdi

Bölmə: Kriminal
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərləri vəkillərindən imtina etdi

"Nardaran hadisələri" ilə bağlı həbs edilən, "Müsəlman Hərəkatı" Birliyinin sədri Taleh Bağırov vəkillərindən imtina edib.

Xalqİnfo”nun verdiyi xəbərə görə, bu barədə onun vəkili Cavad Cavadov məlumat verib.

Bakı Ağır Cinayətlər Məhkəməsində T.Bağırov, Fuad Qəhrəmanlı, Abbas Hüseynov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

T.Bağırov məhkəmə prosesinə sədrlik edən hakim Əlövsət Abbasova ərizə ilə müraciət edərək vəkilləri Cavad Cavadov, Yalçın İmanov, Elçin Sadıqov, Fariz Namazlı və Zibeydə Sadıqovadan imtina etdiyini bildirib. T.Bağırov buna səbəb kimi hakim Ə.Abbasovun özünün prosesi kobud prosessual pozuntularla apardığını göstərib.

Qeyd edək ki, sonuncu iclasda təqsirləndirilən şəxslərin hakimə etirazından sonra Ə.Abbasov prosesin onların iştirakı olmadan keçirilməsinə qərar verib.

***

Vəkil Elçin Sadıqov "Qafqazinfo"ya açıqlamasında bildirib ki, yalnız Taleh Bağırov deyil, digər bütün təqsirləndirilənlər vəkillərindən imtina ediblər.


Əlaqə üçün E-mail: xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərləri vəkillərindən imtina etdi

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler