» » Vidadi Zeynalovun vəkili jurnalistlərə hücum etdi -

Vidadi Zeynalovun vəkili jurnalistlərə hücum etdi - Məhkəmədə

Bölmə: Kriminal
Vidadi Zeynalovun vəkili jurnalistlərə hücum etdi -

keçmiş Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo.az bildirir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən proses başlamadan öncə V.Zeynalovun vəkili Elxan Süleymanov jurnalistlərə hücum edib.

Sabiq aparat rəhbərinin vəkili məhkəmə prosesindən yazan media əhlini “şərəfsiz”, “əxlaqsız” adlandırıb.

E.Süleymanov müdafiə etdiyi şəxs barəsində tərtib olunan ittiham aktına istinadən məlumat yayılmamasını istəyib və jurnalistlərə əl qaldırmağa cəhd edib.

Digər vəkillərin və məhkəmə nəzarətçilərinin müdaxiləsi ilə vəkil E.Süleymanov oradan uzaqlaşdırılıb.

Bundan sonra məhkəmə prosesi başlayıb, dövlət ittihamçısı Fərid Nağıyev sabiq aparat rəhbəri V.Zeynalovun vəkilinin yayılmasını istəmədiyi ittiham aktını elan edib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

Vidadi Zeynalovun vəkili jurnalistlərə hücum etdi -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler