» » Narkotik tərkibli bitki əkib becərən şəxs saxlanıldı -

Narkotik tərkibli bitki əkib becərən şəxs saxlanıldı - Göygöldə

Bölmə: Kriminal
Narkotik tərkibli bitki əkib becərən şəxs saxlanıldı -

Göygöldə qanunsuz olaraq narkotik tərkibli bitki əkib becərən və saxlayan şəxs saxlanılıb.

Xalqİnfo”nun APA-ya istinadən verdiyi məlumata görə rayon polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Balçılı kənd sakini 1955-ci il təvəllüdlü İlqar Əliyev şübhəli şəxs kimi saxlanılıb.

Onun üzərinə baxış zamanı cibindən 45 qram qurudulmuş marixuana aşkar olunaraq götürülüb. Dindirilmə zamanı İ. Əliyev yaşadığı evin həyətində də narkotik tərkibli bitkilər əkib becərdiyini, həmçinin kəndin yaxınlığında olan çaydan yabanı halda bitən çətənə kolları topladığını bildirib. Saxlanılan şəxsin evinə baxış zamanı bir neçə kisə qurudulmuş marixuana və xaş-xaş toxumları aşkar olunaraq götürülüb. İlqar Əliyev bir ildir ki, narkotik tərkibli bitkilər əkib becərdiyini deyib.

Faktla bağlı Göygöl rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler