» » Avtobusdan düşən qadını maşın vurdu - Bakıya göndərildi

Avtobusdan düşən qadını maşın vurdu - Bakıya göndərildi

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Avtobusdan düşən qadını maşın vurdu - Bakıya göndərildi

Şəkidə avtobusdan düşüb yolu keçmək istəyən 41 yaşlı qadını maşın vurub.

Xalqİnfo”nun APA-ya istinadən məlumatına görə, hadisə noyabrın 27-i saat 11:30 radələrində rayonun Orta Zəyzid kəndi ərazisində baş verib.

Orta Zəyzid kənd sakini Araz Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi “VAZ 21099” markalı, 20-DJ-892 dövlət nömrə nişanlı minik avtomobili ilə sərnişin avtobusundan düşüb yolu keçmək istəyən piyada, Baş Zəyzid kənd sakini 1975-ci il təvəllüdlü Sürmayə Məcid qızı Kərimovanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Kərimova Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan bildirilib ki, ağır qapalı kəllə-beyin travması alan S. Kərimovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler