» » Vidadi Zeynalov övladlarının adına olan şirkətdən nələr qazanıb?

Vidadi Zeynalov övladlarının adına olan şirkətdən nələr qazanıb?

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Vidadi Zeynalov övladlarının adına olan şirkətdən nələr qazanıb?

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalovun cinayət əməlləri üzrə yeni epizodlar məlum olur. Dövlət büdcəsindən ayrılmış vəsaitləri, nazirliyin tabeliyində olan ayrı-ayrı müəssisələrdən əldə olunmuş milyonları şəxsi güzəranlarının yaxşılaşdırılması üçün ələ keçirən Vidadi Zeynalov və onunla birlikdə həbs edilən 10 nəfərin cinayət işi üzrə istintaq materialları “yeyinti əməliyyatı”nın təfərrüatlarını ortaya çıxarır.

Xalqİnfo” Musavat.com-a istinadən xəbər verir ki, istintaq materiallarında yer alan məlumatlar sırasında bir neçə özəl şirkətin nazirliklə əməkdaşlığı diqqət çəkir. Həmin şirkətlər nazirliyin tabeliyində olan müəssisələrdə, telefon qovşaqlarında təmir-tikinti işlərinin aparılmasında, poçt xidmətlərinin göstərilməsində iştirak edib. Özü də Vidadi Zeynalovun və sabiq nazir Əli Abbasovun “krışalığı” ilə.

Əli Abbasovun şirkəti

Bu şirkətlət arasında diqqət çəkənlər əsasən “Qafqaz-S İnşaat” MMC və “P.L.Z” MMC-dir.

“Qafqaz-S İnşaat” MMC sabiq nazir Əli Abbasovun qaynı Elçin İbrahimova məxsus olub. Bunu istintaqa ifadə verən bir neçə şahid də təsdiqləyib.

“P.L.Z” MMC isə Vidadi Zeynalova məxsus olub və şəxsən özü tərəfindən nəzarətdə saxlanılıb.

Vidadi Zeynalov övladlarının adına olan şirkətdən nələr qazanıb?Bunu istintaqa şahid qismində ifadə verən “Azərpoçt” MMC-nin baş mühasibi Abdulla Qeybullayev də təsdiqləyib.

A.Qeybullayev 1994-cü ildən 2011-ci ilə kimi “Azərpoçt” MMC-nin əməkdaşı olub, sonuncu vəzifəsi MMC-nin baş direktorunun müşaviri olub.

O, istintaqa deyib ki, “Azərpoçt” MMC-də işlədiyi üçün Vidadi Zeynalov onu tanıyıb və 2013-cü ilin yanvar ayında özünə məxsus “P.L.Z.” MMC-nin mühasibatlıq işlərini aparmasını ona təklif edib.

Əsas işi isə MMC-nin maliyyə vəziyyəti barədə mütəmadi olaraq V.Zeynalova məlumat vermək olub. Ay ərzində cəmi 3 və ya 5 gün ərzində “P.L.Z.” MMC-yə gəlib mühasibatlıq işlərini həyata keçirib, vergi və sair ödənişlərin aparılmasını təmin edib. Aylıq hesabatları isə mütəmadi olaraq Vidadi Zeynalova şəxsən təqdim edib.

Vidadi Zeynalovun sürücüsünün adına şirkət

Şahid deyib ki, MMC-nin faktiki sahibi Vidadi Zeynalov olduğu üçün mühasibatlığa da V.Zeynalovun özü nəzarət edib. MMC-nin təsisçisi Vidadi Zeynalovun sürücüsü Elçin Əliyev olsa da bu formal xarakter daşıyıb.

A.Qeybullayev deyib ki, işlədiyi dövrdə təmir-tikinti işləri ilə əlaqədar keçirilmiş tender və kotirovka sorğuları zamanı qalib elan edilmiş “P.L.Z” MMC, “Qafqaz-S İnşaat” MMC, “Fərid R” MMC, “Real-Tikinti Quraşdırma” MMC və “Violin Travel” MMC-dən köçürülmüş vəsaitə görə hər hansı məbləğdə pul alınmayıb.

O, “Qafqaz-S İnşaat” MMC-nin Əli Ababsovun qohumu Elçin Mustafayevə məxsus olduğunu da bildirib.

İstintaq zamanı şahid qismində Mahmud İbrahimov da dindirilib.

Vidadi Zeynalov övladlarının adına olan şirkətdən nələr qazanıb?O, ifadəsində qeyd edib ki, 2012-2013-cü illərdə nazirliyin bir sıra rabitə müəssiələrinin təmir-tikinti işləri ilə məşğul olub. Həmin dövrdə də “P.L.Z.” MMC-nin təsisçisi kimi Elçin Əliyevi tanıyıb. Daha sonra isə E.Əliyevin təklifi ilə 2013-cü ilin fevral ayından MMC-nin direktoru vəzifəsinə təyin edilib. Şahid istintaqa ifadəsində onu da deyib ki, “P.L.Z.” MMCfəaliyyətini dayandırıb.

O, qeyd edib ki, bundan əvvəl isə “P.L.Z.” MMC nazirliyin müəssiələrinə aid yerli və beynəlxalq poçt daşınması və təmir işləri ilə məşğul olub.

Yerli daşınmalar əsasən Bakı şəhəri ərazisində həyata keçirilib və bütün yerli daşınmaları MMC-nin öz kuriyerləri həyata keçiriblər. Təxminən 7-8 nəfər məktubların daşınması işləri ilə məşğul olub. Beynəlxalq poçt daşınması ilə əlaqədar isə MMC-nin “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzi, 1 saylı Poçt filialı və “Azəreksprespoçt” RM-lə müqavilələri olub, beynəlxalq daşınmalar da məhz həmin təşkilatlar vasitəsilə həyata keçirilib.

Şahid qismində Vidadi Zeynalovun sürücüsü də ifadə verib.

Elçin Əliyev ifadəsində göstərib ki, 1995-ci ildən 2013-cü ilin aprel ayına kimi Vidadi Zeynalovun xidməti sürücüsü olub. İş yeri isə Vidadi Zeynalovun işlədiyi müəssisələr kimi göstərilib. Yəni, həmin müəssisələrdə sürücü kimi işə götürülməklə aparat rəhbərinə xidmət göstərib.

İstifadəsinə sonuncu dəfə “Mersedes E Class” markalı 10-AH-444 dövlət nömrə nişanlı avtomobil verilib.

Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərfləri- “P.L.Z” MMC

2013-cü ilin aprel ayından 2015-ci ilin oktyabr ayına kimi isə “Azərpoçt” MMC-nin Poçt Daşıma Mərkəzində Nəqliyyat şöbəsinin rəisi işləsə də sonradan işsiz qalıb.

E.Əliyev istintaqa deyib ki, 2005-ci ildə V.Zeynalov ona özü üçün yeni şirkət yaratmaq və həmin şirkəti onun adına sənədləşdirmək istədiyini deyib. O da Vidadi Zeynalovun bu təklifinə etiraz etməyib. Lakin həmin şrikətə heç bir aidiyyəti olmayıb.

E.Əliyev deyib ki, şirkət faktiki olaraq Vidadi Zeynalova məxsus olmaqla şirkətin adı V.Zeynalovun övladları Pərviz, Lalə və Zeynalın baş hərflərindən ibarət olub.

Beytulla Hüseynov da Zeynalova qarşı ifadə verib

Sonradan V.Zeynalovun sürücüsü vəzifəsindən çıxarılsa da şirkətin təsis sənədləri dəyişdirilməyib.

“P.L.Z” MMC-nin rəhbərinin Vidadi Zeynalov olmasını istintaqa ifadəsində BTRİB-in rəhbəri olmuş Beytulla Hüseynov da təsdiqləyib.

Vidadi Zeynalov övladlarının adına olan şirkətdən nələr qazanıb?













B.Hüseynov istintaqda deyib ki, Vidadi Zeynlova məxsus “PLZ”, keçmiş nazir Əli Abbasova məxsus “Qafqaz S” özəl təşkilatlar tərəfindən görülən işlər üzrə qiymətlərin artırılması ilə əldə olunan vəsaitdən ona pul verilməyib.

Xatırladaq ki, Vidadi Zeynalovun cinayət işi üzrə Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu məhkəmə prosesində sabiq aparat rəhəbrinin vəkili vəsatətlət çıxış edərək “P.L.Z” MMC ilə bağlı hüquqlarını müdafiə etdiyi şəxsə qarşı irəli sürülən ittihamların əsassız olduğunu demişdi. Vəkil şirkətin təsisiçisinin Elçin Əliyev olduğunu və Vidadi Zeynalovun məsuliyyət daşımadığını bildirirdi.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler