» » “Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar

“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar

Dərnəgül qəsəbəsində məcburi köçkünlərin yaşadığı yataqxanada güclü yanğın başlayıb.

Xalqİnfo.az xəbər verir ki, sakinlərin “Qafqazinfo”ya verdiyi xəbərə görə, yanğın yataqxana şəhərciyindəki 9 mərtəbəli binadadır. Hadisə yerinə yanğınsöndürənlər cəlb olunub.

Yanğın söndürülüb.

***

“Bu birotaqlı evdə 3 ailə yaşayır, soyuducunun hələ kreditini verib qurtarmamışıq”.

“Qafqazinfo”nun əməkdaşları yanğın hadisəsi baş verən İqtisadiyyat Universitetinin 3 nömrəli yataqxanasında olub. Bildirilib ki, yanğın səhər 08:15-də baş verib və nəticədə birotaqlı evdəki bütün əşyalar kül olub. Xoşbəxtlikdən yanğın əsnasında evdə heç kim olmayıb.

Ev sahibi Nailə Rəhimova gecə işıq söndüyü üçün başqa yerdə qaldıqlarını deyib: “Bax, bu birotaqlı evdə 3 ailə yaşayır. Binada qaz yoxdur, məcbur hamı işıqdan istifadə edir. Gecə saat 3 olardı, işıq söndü. Onda ev buz kimi olur. Xəstə uşağım var, qaranlıqda qorxur. Ona görə də qohumlarda qaldıq. Səhər də eşitdik ki, belə bir hadisə baş verib. Soyuducunun kreditini verib hələ qurtarmamışıq”.

İlkin ehtimal olaraq yanğının qısa qapanma nəticəsində baş verdiyi bildirilir.




Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az

“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar
“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar
“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar
“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar
“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar
“Soyuducunun kreditini hələ qurtarmamışıq...” - Yataqxanada yanğın +Video + Fotolar

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler