» » "Nardaran işi" üzrə məhkəmədə vəkil Cahangir Hacıyevin şahid qismində dindirilməsini istəyib

"Nardaran işi" üzrə məhkəmədə vəkil Cahangir Hacıyevin şahid qismində dindirilməsini istəyib

Bölmə: Kriminal
"Nardaran işi" üzrə məhkəmədə vəkil Cahangir Hacıyevin şahid qismində dindirilməsini istəyib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Nardaran hadisələrinə görə, həbs edilən “Müsəlman Birliyi” adlı təşkilatın sədri Taleh Bağırov, Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Fuad Qəhrəmanlı və başqa 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqİnfo"un məlumatına görə, vəkil Yalçın İmanov vəsatətlə çıxış edib. O, Kərim Əlimərdanovun əlavə şahid qismində məhkəmədə dindirilməsini istəyib. Bundan başqa, vəkil "Müsəlman Birliyi Hərakatı"nın ofisində baxış keçirilən zaman orada iştirak edən hal şahidlərinin də məhkəməyə çağırılmasını tələb edib.

Y.İmanov bildirib ki, A.Hüseynovla Beynəlxalq Bankın sabiq sədri Cahangir Hacıyev təcridxanada eyni kamerada saxlanılıb: "Həmin zaman orada A.Hüseyova verilən işgəncələrə sabiq sədr şahidlik edib. Buna görə də Cahangir Hacıyevin də əlavə şahid qismində məhkəmədə ifadə verməsini istəyirik".

Hakim bildirib ki, vəkilləri məhkəmədə iştirak etmədiyinə görə vəsatətlər baxılmamış saxlanılıb.(Report)


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler