» » “Yox” cavabına görə sevdiyini öldürənə hökm oxundu

“Yox” cavabına görə sevdiyini öldürənə hökm oxundu

Bölmə: Kriminal
“Yox” cavabına görə sevdiyini öldürənə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində sevdiyi qızı öldürməkdə təqsirləndirilən Cəfər Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

"Xalqİnfo"nun verdiyi xəbərə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmə kollegiyasının hökmü ilə C.Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, qətl hadisəsi bu il yanvar ayında Corat qəsəbəsində baş verib. C.Ağayev 24 yaşlı Səbinə Salayevaya eşq elan etsə də, müsbət cavab almayıb. Keçmiş məhkum olan C.Ağayev bu səbəbdən sevdiyinə 26 bıçaq zərbəsi vuraraq öldürüb


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler