» » Şirvanda ölən qadın piyadanın şəxsiyyəti müəyyənləşdi -

Şirvanda ölən qadın piyadanın şəxsiyyəti müəyyənləşdi - Yenilənib

Bölmə: Kriminal
Şirvanda ölən qadın piyadanın şəxsiyyəti müəyyənləşdi -

Şirvan şəhərində ölümlə nəticələnən yol qəzası baş verib.

Xalqİnfo”nun APA-ya istinadən verdiyi məlumata görə, bu gün axşam saatlarında “VAZ 2106” markalı avtomobil şəxsiyyəti hələ ki, müəyyənləşdirilməyən qadını vurub .

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.

***

Bu axşam Şirvan şəhərində avtomobillə vurularaq öldürülən şəxsin kimliyi məlum olub.

APA-nın məlumatına görə, yol-nəqliyyat hadisəsi saat 21.00 radələrində Şirvan şəhəri H.Əliyev prospektində baş verib.

Şirvan sakini, 1979-cu il təvəllüdlü Qarayev Şahin Zülfəli oğlu idarə etdiyi “VAZ 2106” markalı 18 BC 568 dövlət nömrə nişanlı avtomobillə Şirvan sakini, 1939-cu il təvəllüdlü Hüseynova Gülnaz Kərim qızını yolu keçərkən vurub.

Ağır xəsarət alan yaralı Şirvan şəhər Mərkəzi Xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsinin istintaq bölməsində cinayət işi açılıb, araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler