» » Üç piyadanı maşın vurdu, ikisi öldü

Üç piyadanı maşın vurdu, ikisi öldü

Bölmə: Kriminal
Üç piyadanı maşın vurdu, ikisi öldü

Dünən Salyan rayonunda 2 ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xalqİnfo” DİN-in saytına istinadən xəbər verir ki, saat 18 radələrində yolu keçən şəhər sakini Gülbəniz Camalova və Neftçala rayon sakini Səidə Qədirovanı maşın vurub. Nəticə S.Qədirova hadisə yerində ölüb, G.Camalova isə xəstəxanaya yerləşdirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən "QAZel" markalı avtomobilin sürücüsü, Lerik rayon sakini Qaşqay Mehbalıyev saxlanılıb.

Rayonda digər bir yol-nəqliyyat hadisəsi isə Xıdırlı kəndində baş verib. Saat 21 radələrində müəyyən edilməmiş avtomobillə yolu keçən 35-40 yaşlı kişi vurulub. O, xəstəxanaya aparılarkən yolda ölüb.

Hər iki faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler