» » Azərbaycanlıdan 22 milyonluq dələduzluq

Azərbaycanlıdan 22 milyonluq dələduzluq

Bölmə: Kriminal, BLOK XƏBƏR
Azərbaycanlıdan 22 milyonluq dələduzluq
Əslən Azərbaycandan olan şəxs Rusiyada bir iş adamını aldadıb.
ans press-in məlumatına görə, sözügedən şəxs Moskvada biznesin inkişafı adı altında 22 milyon rubl mənimsəyib. Rusiya Daxili İşlər Naziriliyinin Baş İdarəsinin mətbuat xidmətindən bildirilib ki, azərbaycanlı artıq saxlanlıb. DİN-dən qeyd ediblər ki, neft-kimya və qaz sənayesi üçün avadanlıq istehsalı sahəsində ixtisaslaşan xarici şirkətin filialının nümayəndəsi dələduzluq maddəsi ilə ittiham olunur.

Müəyyən edilib ki, şəxs öz xidməti vəzifəsindən sui istifadə edərək bir şirkət sahibindən biznesinin inkişafına sərmayə qoyulan məbləğin qaytarılması və faizlərin nəzərə alınması və onlardan istifadəyə görə 22 mln. rubl götürüb. Lakin vəsaiti aldıqdan sonra şübhəli üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyib.

İyulun 3-də 32 yaşlı Azərbaycanlı polislər tərəfindən saxlanılıb. Azərbaycanlı haqqında cinayət işi açılıb və barəsində ölkədən getməməklə bağlı qərar çıxarılıb.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler