» » Azərbaycanda dəhşətli qəzalar: 374 ölü, 1453 yaralı

Azərbaycanda dəhşətli qəzalar: 374 ölü, 1453 yaralı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Azərbaycanda dəhşətli qəzalar: 374 ölü, 1453 yaralı

2016-cı ilin yanvar-sentyabr aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrində və zərərçəkənlərin sayında ötən ilin müvafiq dövrü ilə müqayisədə azalma müşahidə olunub.

"Xalqİnfo" xəbər verir ki, Dövlət Statistika Komitəsindən AzVision.az-a verilən məlumatda deyilir ki, 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı 9,9 faiz, zərərçəkənlərin sayı isə 11,9 faiz azalıb. Ötən ilin 9 ayında zərərçəkənlərin 1555 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 571 nəfəri isə ölüb.

Cari ilin müvafiq dövründə isə 1827 nəfər zərər çəkib, onlardan 374 nəfər ölüb, 1453 nəfər isə xəsarət alıb. 2015-ci ilin eyni dövrü ilə müqayisədə ölənlərin sayı 15,8 faiz, yaralananların sayı isə 11,2 faiz azalıb.

Yol-nəqliyyat hadisələrinin çox hissəsi (1302) yaşayış məntəqələrində baş verib. Bütün yol-nəqliyyat hadisələrinin 41 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 21,6 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 37,4 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verib və 2015-ci ilin müvafiq dövrünə nisbətən hadisələrin sayı müvafiq olaraq 6,7 faiz, 18,2 faiz və 7,9 faiz azalıb. Yol-nəqliyyat hadisələrinin 44,2 faizi gündüz, 38,5 faizi gecə, 17,3 faizi isə toran vaxtı qeydə alınıb.

Nəqliyyat vasitələrinin sərxoş vəziyyətdə idarə olunması səbəbindən ölümlə və ya bədən xəsarəti alınması ilə nəticələnən 30 hadisə baş verib, nəticədə 45 nəfər zərər çəkib. Belə hadisələrin 80 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler