» » Ağdamda müəllimə niyə yandırıldı? - Təfərrüat

Ağdamda müəllimə niyə yandırıldı? - Təfərrüat

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Ağdamda müəllimə niyə yandırıldı? - Təfərrüat

Ağdam rayonunda orta məktəb müəlliminin həyat yoldaşı tərəfindən yandırılmasının təfərrüatları məlum olub.

Ağdam rayon Polis Şöbəsindən verilən məlumata görə, rayonun Mahrızlı kənd sakini, 1960-cı il təvəllüdlü Vəliyeva Kima Zaman qızı yanıq xəsarətləri ilə Ağdam rayon Xəstəxanasına daxil olub. Qadın həyat yoldaşı Vəliyev İsmayıl Bəndəli oğlu tərəfindən benzinlə yandırıldığını bildirib. Aparılan araşdırmalar zamanı məlum olub ki, hadisə ərlə arvad arasındakı ailə münaqişəsi nəticəsində baş verib. Zərərçəkmiş K.Vəliyeva ilə həyat yoldaşı İ.Vəliyev arasında uzun müddətdir mübahisə yaşanır.

K.Vəliyeva həyat yoldaşını evdən qovmaq və onunla ayrılmaq istəyib. Noyabrın 10-da tərəflər arasında yenidən mübahisə olub və K.Vəliyeva ərini evdən qovub. Həyat yoldaşının bu hərəkətinə əsəbiləşən İ.Vəliyev K.Vəliyevanın dərs vəsaitlərini yandırmaq istəyib. İ.Vəliyev kitabların üzərinə benzin töküb öd vurarkən K.Vəliyeva ona mane olmaq istəyib. Hadisə nəticəsində K.Vəliyevanın əlləri və ayaqları yanıb. Faktla bağlı araşdırmalar aparılır.

"Xalqİnfo" xəbər verir ki, Ağdam rayon Xəstəxanasının baş həkimi Bəxtiyar Haqverdiyev Trend-ə açıqlamasında bildirib ki, K.Vəliyeva aşağı ətrafın bud və baldır hissəsinin səthi yanığı diaqnozu ilə xəstəxanaya yerləşdirilib, hazırda vəziyyəti orta ağırdır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler