» » Bakıda 26 yaşlı gəlin ərini öldürüb -

Bakıda 26 yaşlı gəlin ərini öldürüb - Qətlin təfərrüatı (Video)

Bölmə: Kriminal
Bakıda 26 yaşlı gəlin ərini öldürüb -

Paytaxtın Sabunçu rayonunun Maştağa qəsəbəsində baş verən dəhşətli qətli bəzi təfərrüatları məlum olub.

Xalqİnfo.az xəbər verir ki, Xəzər TV-nin məlumatına əsasən, 26 yaşlı Gülər Mirzəyeva həyat yoldaşı 32 yaşlı Şəmsi Babayevlə yaşadıqları evdə mübahisə edib. Əsəblərinə hakim ola bilməyən qadın bıçaqla ərinə bir neçə zərbə vurub. Ağır xəsarət alan Şəmsi Babayev elə hadisə yerindəcə ölüb.

Qohumların sözlərinə görə cütlük bir neçə il əvvəl ailə qurub. Təxminən iki il əvvəl isə Gülər ana olub. Ərlə arvad tez-tez ailədaxili məsələlər üstündə mübahisələr ediblər.

Mərhumun yaxınları iddia edirlər ki, Şəmsi Babayevi Gülər qohumları ilə birlikdə öldürüb.

Hadisə ilə əlaqədar Sabunçu polisi Gülər Mirzəyeva şübəhli şəxs qismində saxlanılıb. O, ilkin ifadəsində həyat yoldaşını qətlə yetirməsini etiraf edib. Faktla bağlı qəsdən sağlamlığa ağır xəsarət yetirmə, ölümə səbəb olduqda maddəsi ilə cinayət iş başlanılıb.




Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler