» » Lənkəranda yanmış qadın meyiti tapıldı -

Lənkəranda yanmış qadın meyiti tapıldı - Fotolar

Bölmə: Kriminal, DÜNƏNDƏN-BUGÜNƏ
Lənkəranda yanmış qadın meyiti tapıldı -

Lənkəranda 51 yaşlı qadının yanmış meyiti aşkar edilib.

Xalqİnfo” “Report”a istinadən xəbər verir ki, hadisə Şəttərxan küçəsi, hərbi şəhərcik deyilən ünvanda, Davud Rəhimova məxsus yaşayış evində qeydə alınıb.

Meyitin mərhum atasının evində tək yaşayan Lalə Rəhimovaya məxsus olduğu müəyyən edilib.

Qonşuların bildirdiyinə görə, qadın ali təhsilli olub. Ailə həyatı qurmayıb. Bir neçə il əvvəl valideynlərini itirdikdən sonra evdə tək yaşayıb. Özünə qapanaraq getdikcə psixi problemləri yaranıb. Lakin, sakit həyat tərzi sürüb. Qonşular arada ona baş çəkiblər.

Qeyd olunur ki, evdə iki gün işıq yansa da, qadın qonşuların çağırışlarına cavab verməyib və onlar da hasardan həyətə atlamaq məcburiyyətində qalıblar. Onlar meyiti evin həyətində yanmış vəziyyətdə aşkar ediblər və bu barədə polisin növbətçi hissəsinə məlumat veriblər.

Hadisə yerinin müayinəsi zamanı mərhumun ətrafında yanacaq mayesinin qalıqları olan iki butulka aşkar edilərək götürülüb.

Meyit müayinə üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Lənkəranda yanmış qadın meyiti tapıldı -
Lənkəranda yanmış qadın meyiti tapıldı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler