» » Sevdiyi qızı bıçaqladı, özü isə 9-cu mərtəbədən yıxılaraq öldü - Foto

Sevdiyi qızı bıçaqladı, özü isə 9-cu mərtəbədən yıxılaraq öldü - Foto

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Sevdiyi qızı bıçaqladı, özü isə 9-cu mərtəbədən yıxılaraq öldü - Foto

Rusiyanın Surqut şəhərində azərbaycanlı faciəvi şəkildə ölüb.

Xalqİnfo” Report-a istinadən xəbər verir ki, hadisə Çexov küçəsində yerləşən ev 14/4-də baş verib.

1990-cı il təvəllüdlü gənc sevdiyi qızın yaşadığı binaya gələrək onu mənzilin girişində bıçaqlayıb. Döş və qarın nahiyələrindən bıçaq xəsarətləri alan 25 yaşlı qız hadisə yerindən qaçmağı bacarıb və ətrafdakıları köməyə çağırıb. Gənc oğlan isə 9-cu mərtəbənin pəncərəsindən yıxılaraq ölüb. Onun hadisəni törətdikdən sonra özünə sui-qəsd etdiyi də bildirilir.

Yaralı qız isə ağır vəziyyətdə yerli xəstəxanalardan birinin Reanimasiya şöbəsinə yerləşdirilib.

Məlumata görə, hadisədən bir müddət əvvəl gənc oğlan qızdan sevgi hisslərinə rədd cavabı aldığı üçün onu öldürəcəyi ilə hədələyib. Qızın polisə şikayətindən sonra miqrant Azərbaycana deportasiya olunub. Lakin o, qisas almaq üçün yenidən Surquta qayıtmağı bacarıb.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

BAKI. Şəfa Rasimqızı Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler