» » “Taleh Bağırov dini dövlət qurmaq istədiyini deyirdi” -

“Taleh Bağırov dini dövlət qurmaq istədiyini deyirdi” - Nardaran sakini

Bölmə: Kriminal, Din
“Taleh Bağırov dini dövlət qurmaq istədiyini deyirdi” -
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Nardaran hadisələri"nə görə təqsirləndirilən Taleh Bağırov, Fuad Qəhrəmanlı və digər 16 nəfərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

"Xalqİnfo"nun verdiyi xəbərə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə şahidlərin dindirilməsi davam etdirilib.

Nardaran qəsəbəsi sakini Bəxtiyar Aşurov ifadə verərək Nardaran hadisəsində iştirak etmədiyini deyib, lakin polislər tərəfindən saxlanılaraq inzibati qaydada cəzalandırıldığını bildirib. Onun polisdə verdiyi izahat elan olunub: "Taleh Bağırov çıxışları zamanı Azərbaycanda dini dövlət qurmaq istədiyini, bunun üçün canımızdan-qanımızdan keçməliyik deyə bildirirdi".

Vəkil Yalçın İmanov "Bandotdel" əməkdaşı İslam Ağabəyovun təkrar şahid qismində dindirilməsi barədə vəsatət verib, lakin təmin olunmayıb.

Proses günün ikinci yarısında davam etdiriləcək.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler