» » Yazıçının oğlunun məhkəməsinə şahidlər məcburi gətiriləcək

Yazıçının oğlunun məhkəməsinə şahidlər məcburi gətiriləcək

Bölmə: Kriminal
Yazıçının oğlunun məhkəməsinə şahidlər məcburi gətiriləcək
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Əziz Kərimzadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Xalqİnfo.az bildirir ki, "Qafqazinfo"nun prosesdə iştirak edən əməkdaşının verdiyi xəbərə görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə Əziz Kərimzadə vəsatət verib.

Hakim şahid qismində tanınan Cəlillabad rayon polis şöbəsinin əməkdaşı İlkin Mehdiyevin barəsində məcburi gətirilmə qərarı çıxarılıb: "O əsas şahidlərdən biridir. Buna görə də qərarı icra etməliyik".

Təqsirləndirilən şəxsin bacısı Yeganə Kərimzadə və İlkin Mehdiyev xəstə olmaları ilə bağlı prosesə qatılmayıb.

İlkin Mehdiyev məhkəməyə zəng edərək xəstə olduğu üçün prosesə gələ bilmədiyini, növbəti iclaslarda iştirak edəcəyini bildirib.

Əziz Kərimzadə vəsatət verərək bacısı Yeganə Kərimzadə ilə İlkin Mehdiyevin eyni gündə, çarpaz dindirilməsini istəyib: "Bacım elə ifadə verəcək ki, sonra İlkin Mehdiyevin dindirilməsi lazım olacaq. Bu çox ciddi işdir, işə də baxılmasının əhəmiyyəti var".

Məhkəmə prosesi noyabrın 4-də davam etdiriləcək.

Qeyd edək ki, Əziz Kərimzadə tanınmış yazıçı Fərman Kərimzadənin oğludur.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler