» » Çovdarov aclıq aksiyasına başladı

Çovdarov aclıq aksiyasına başladı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET, GÜNDƏM
Çovdarov aclıq aksiyasına başladı
Hazırda həbsdə olan MTN generalı Akif Çovdarov aclıq aksiyasına başlayıb.

XalqInfo.az bildirir ki, “Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə A.Çovdarovun vəkilləri Kamandar Nəsibov və Sadiq Rəsulov mətbuat konfransı keçirərək məlumat veriblər.

A.Çovdarov Bakı istintaq Təcridxanasının rəisi vəzifəsini icra edən Rəşid Səfərova və Bakı Hərbi Məhkəməsinin sədri Həbib Həsənova müraciət ünvanlayıb. Müraciətdə qeyd edib ki, təcridxanada onun müalicə alınması üçün şərait yoxdur və ona süni əngəllər yaradılır. A.Çovdarov təcridxanada öləcəyini bildirərək dərmanları qəbul etməkdən imtina edib.

Müraciətin sonunda isə öz xətti ilə “Aclığı 25 oktyabr, səhər saat 09:00-dan elan edirəm" deyə yazaraq imzalayıb.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler