» » Bakıda qız özünü qatarın altına atmaq istədi

Bakıda qız özünü qatarın altına atmaq istədi

Bölmə: Kriminal, MANŞET
Bakıda qız özünü qatarın altına atmaq istədi
Oktyabrın 19-u saat 14.00 radələrində “Gənclik” metrostansiyasında gənc qız özünü qatarın altına atmağa cəhd edib. Bakı Metropoliteninin polis əməkdaşları intiharın qarşısını ala biliblər.

Xalqİnfo.az “Qafqazinfo”-a istinadən xəbər verir ki, bu barədə Sputnik-ə Bakı şəhər Baş Polis İdarəsindən məlumat veriblər. Araşdırma zamanı məlum olub ki, qız özünü qarşılıqsız sevgi səbəbindən öldürmək istəyib.

Qızın şəxsiyyəti müəyyənləşib - o, 1992-ci il təvəllüdlü Bakı sakini M. Güləmbərdir. Metropoliten polisi qızın atası ilə əlaqə saxlayıb və qızı ona təhvil verib.

“İşin materiallarını isə prokurorluğa göndərmişik. Bir ay əvvəl Bakı Metropolitenində oxşar hadisə baş vermişdi. Qız, sevdiyi oğlan onu atdığına görə, özünü qatarın altına atmaq istəmişdi, amma polislər ona mane olmuşdular", - deyə polisdən bildirilib.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler