» » Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il

Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il
Bu gün Bakı Hərbi Məhkəməsində Fövqəladə Hallar Nazirliyinin Bilacəridəki N saylı hərbi hissəsində əsgər Tapdıq Babaşovun intiharı, digər əsgərlərə işgəncə verilməsində təqsirləndirilən manqa komandirləri Ruslan Cavadov, Elməddin Babayev və Cəmil Ağayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xalqİnfo.az “Qafqazinfo”-a istinadən verdiyi xəbərə görə, prosesdə hökm oxunub.

Təqsirləndirilən şəxslərdən Ruslan Cavadov 10 il, Elməddin BabayevCəmil Ağayevin hər biri 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, təqsirləndirilən şəxslər əsgərləri, o cümlədən Tapdıq Babaşovu sırada düzgün addımlamamaq, axşam "yat" komandasından sonra öz aralarında danışmaq və başqa bəhanələrlə döyüblər.

Hadisə baş verən gün isə Tapdıq Babaşov tualeti yumaq göstərişinə əməl etmək istəmədiyinə görə manqa komandiri Ruslan Cavadov onu elə ayaqyolunda döyüb, çəkməsinin ipi ilə boğub. Bundan sonra Babaşov özünü üçüncü mərtəbədə yerləşən ayaqyolunun pəncərəsindən ataraq intihar edib.

Adıçəkilən şəxslər Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma), 331-ci (hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə) və 332-ci (tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma) maddələri ilə təqsirləndirilirlər.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az

Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il
Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il
Əsgərin ölümünə görə komandirlərə hökm oxundu - 27 il

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler