» » Arvadını öldürüb rahatca yatdı - Dəhşətli qətlin təfərrüatı + VİDEO

Arvadını öldürüb rahatca yatdı - Dəhşətli qətlin təfərrüatı + VİDEO

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Arvadını öldürüb rahatca yatdı - Dəhşətli qətlin təfərrüatı + VİDEO
İmişlidə 26 yaşlı gənc 17 yaşlı həyat yoldaşını öldürüb. Dəhşətli hadisə gecə saat 01.00 radələrində rayonun Gövhərli kəndində baş verib.

Kənd sakini, 26 yaşlı Ağababa Nəsibov həyat yoldaşı qeyri-rəsmi həyat yoldaşı 17 yaşlı Aygün Abdulxalıqovaya balta ilə 3 zərbə vurub.

"Xalqİnfo" xezerxeber.com-a istinadən bildirir ki, nəticədə Aygün Abdulxalıqova hadisə yerində ölüb. Cinayətin qısqanclıq zəminində törədildiyi bildirilir. Ağababa Nəsirov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı İmişli rayon prokurorluğunda cinayət işi açılıb, istintaq davam etdirilir.

Bakının Nəsimi rayonunda isə qonşuların mübahisəsi onlardan birinin bıçaqlanması ilə nəticələnib.

Ağadadaş Qurbanov küçəsi ev 53-də qonşular arasında mübahisə düşüb. Bu zaman 18 yaşlı Mehman Mehmanov bıçaqlanıb. Yaralı dərhal 1 saylı şəhər kliniki mərkəzə çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, o əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.


Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler