» » "Akif əvvəllər akula-filan deyilmiş, uzaqbaşı “kilkəymiş” - Orucov

"Akif əvvəllər akula-filan deyilmiş, uzaqbaşı “kilkəymiş” - Orucov

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
"Akif  əvvəllər akula-filan deyilmiş, uzaqbaşı  “kilkəymiş” - Orucov
Xəbər verdiyimiz kimi MTN generalı Akif Çovdarovun barəsində aparılmış istintaq yekunlaşıb və ona qarşı irəli sürülmüş çoxsaylı cinayət ittihamları üzrə istintaq materialları məhkəməyə təqdim olunub. Çovdarovun işinə Sabunçu Rayon Məhkəməsinin binasında hərbi məhkəmə heyəti tərəfindən baxılacaq. Prosesin başlaması iki dəfə təxirə düşüb və jurnalistlər məhkəməyə buraxılmayıb.

Çovdarovun cinayət işi vəkillərinin də təsdiq etdiyi kimi çox qalındır, orada çoxsaylı epizodlar yer alır. Bu epidozlarla tanış olduqca Mahmudov-Çovdarov qruplaşması sanki “Əlibaba və qırx quldur” nağılındakı kimi taladıqları qızılları, dollarları və avroları mağaralarına daşıyıb yığan quldurları xatırladır.
"XalqInfo" Virtualaz.org-a istinadən qanqster-generalın cinayət işi üzrə istintaq materiallarından sensasion epizodları oxuculara təqdim edir. Bunlardan biri də “Real MTK” mənzil-tikinti kooperativinin təsisçisi İlham Qasımovun və şəriklərinin (İlham Qasımov özü də iri məbləğdə dələduzluqda ittiham olunur, hazırda məhkəməsi gedir-red) Akif Çovdarov-Eldar Mahmudov ikilisi tərəfindən necə soyulması barədədir.
"Akif  əvvəllər akula-filan deyilmiş, uzaqbaşı  “kilkəymiş” - Orucov






Həmin epizodda Çovdarovun adamlarının MTN-in darmadağın edilməsinə günlər qalmış İlham Qasımovun bacısı oğlunun “Sofiya” şadlıq sarayında keçirilən toy mərasiminə necə basqın etməsindən, Qasımovun toya Moskvadan qonaq gəlmiş dostu Tofiq İbrahimovun sürücüsünün və avtomobilin, habelə Namiq Orucov adlı şərikinin necə MTN-ə aparılmasından bəhs olunurdu. Onlar birlikdə Çovdarova 400 min dollardan çox pul verib canlarını qurtarıblar.

İndi virtualaz.org MTN qara maskalılarının toya basqın epizodu üzrə yeni və sensasion məqamları oxuculara çatdırır. Bu məqamlar Namiq Orucovun ifadəsində yer alır.
"Akif  əvvəllər akula-filan deyilmiş, uzaqbaşı  “kilkəymiş” - Orucov






Orucov Namiq Xudakərim oğlu-keçmiş polis mayoru, “Akula”nın dostu

Belə məlum olur ki, “Real” MTK-nın şəriki olan Namiq Orucov polis mənşəlidir, 1989-cu ildən polis orqanlarında sıravi əməkdaş kimi xidmətə başlayıb. 2003-cü ildə mayor rütbəsində istefaya çıxıb. Sonuncu iş yeri Binəqədi polisində narkotiklərə qarşı mübarizə şöbəsinin rəisi vəzifəsi olub. 2005-ci ildən biznesə girib, özünün dediyi kimi Dubayda “Renta Car” adlı şirkəti , Bakıda obyekti var. “Real” MTK-nın şərikidir.

Orucov deyir ki, İlham Qasımovun bacısı oğlunun toyuna gələn Tofiq İbrahimovla da dostdur. Bəs İbrahimov özü kimdir?

Orucov bildirir ki, İbrahimov Tofiq Telman oğlu biznesmendir, Moskvada yaşayır, “Crocus City” şirkətinin (məşhur azərbaycanlı milyarder-oliqarx Araz Ağalarovun şirkəti) tikinti üzrə rəhbəridir. Hal-hazırda da Moskvada yaşayır, Rusiya vətəndaşıdır.

Eldar Mahmudov “kilkə”ni necə “akula”ya çevirdi…
"Akif  əvvəllər akula-filan deyilmiş, uzaqbaşı  “kilkəymiş” - Orucov






N.Orucovun nəql etdiklərindən belə məlum olur ki, onun və Tofiq İbrahimovun “Akula Akif” kimi tanınan Akif Mustafayevlə əvvəllərdən dostluq münasibətləri olub. Özü də Akif əvvəllər akula-filan deyilmiş, uzaqbaşı “kilkəymiş”, olduqca kasıb yaşayan biriymiş, yəni cındırından akulalar özü hürkərmiş.

Lakin Eldar Mahmudov nazir təyin olunandan sonra Akifin ulduzu parlayıb, qəfildən çox pullanıb və artıq onda kasıblıqdan əsər-əlamət qalmayıb. O, MTN-ə pulla adam işə düzəltdirirmiş, həbs olunanları buraxdırırmış və digər bu kimi “milli təhlükəsizlik məsələlərində” Eldar Mahmudova yardım edirmiş. Əvəzində də təbii ki, muzdunu alırmış.

Beləsi üçün nə dostluq, nə qardaşlıq? Mahmudov və ətrafı üçün müqəddəs heç nə yox idi və Orucov sonralar başa düşür ki, onların barələrində MTN-ə dosye yığıb ötürən də elə dost dedikləri “Akula” olub.

Bacıoğlunun toyu-çağrılmış və çağırılmamış qonaqlar

Beləliklə, Tofiq İbrahimov 2015-ci il sentyabrın 10-da (Mahmudovun işdən çıxarılmasına cəmi bir aya yaxın qalmış) Moskvadan Bakıya gəlir. Niyə gəlir, toy dəvəti alıb Bakıya təşrf buyurur, yoxsa başqa səbəbləri də olur, bu haqda təfərrüatlar məlum deyil. Ancaq o məlumdur ki, sentyabrın 14-də Bakıdakı “Sofiya” şadlıq sarayında İlham Qasımovun bacısı oğlu Kənanın toyu idi. Həmin gün N.Orucov T.İbrahimovun 99 XE 999 dövlət nömrə nişanlı “Mercedes Galendewagen” markalı avtomobilində onunla birlikdə toya gedib.
"Akif  əvvəllər akula-filan deyilmiş, uzaqbaşı  “kilkəymiş” - Orucov






Saat 22.10 radələrində dostlarla birlikdə şadlıq evinin həyətinə hava almağa çıxır. Elə bu an çoxlu sayda silahlı MTN qara maskalıları onlara basqın edir, qara maskalıların hücumun görən keçmiş polis işçisi qorxusundan şadlıq evinin içərisinə, foyeyə qaçır ki, bəlkə gizlənə bildi. Lakin qara maskalılar onu foyedə yaxalayıb, yerə yıxıb qollarını burub və döyə-döyə ağ rəngli maşına mindirərək MTN-ə aparıblar.

Əlaqə üçün E-mail: Xalqinfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler