» » Cahangir Hacıyev məhkəmədə son sözlə çıxış edib

Cahangir Hacıyev məhkəmədə son sözlə çıxış edib

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Cahangir Hacıyev məhkəmədə son sözlə çıxış edib
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində "Azərbaycan Beynəlxalq Bankı”nın keçmiş sədri Cahangir Hacıyev, Mərkəzi filialın direktorları işləmiş Yusif Ələkbərov və Anar Sultanov, Mərkəzi filialın müdiri işləmiş İlqar Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İbrahim Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş Kənan Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan Məmməd Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş Azad Cavadovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

Xalqİnfo"-nun məlumatına görə, hakim Əfqan Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən "İnter Security" mühafizə şirkətinin rəhbəri İ.Hüseynov son söz deyib.

İ.Hüseynov çıxışında ona qarşı irəli sürülən ittihamların əsassız olduğunu, heç bir mütəşəkkil dəstənin tərkibində iştirak etmədiyini deyib: "Yalnız müqavilə əsasında Beynəlxalq Bankın mühafizəsini təşkil etmişəm. İşçilərin adına götürülən kreditlər lahiyələrə xərclənib. Həmin kreditlər də tam ödənilib, yalnız faiz borcları qalıb. Mənimsəmə fikrimiz olsa idi, bu kreditlərin heç birini ödəməzdik. Barəmdə bəraət hökmünün çıxarılmasını xahiş edirəm".

Daha sonra C.Hacıyev son söz söyləyib. O, istintaqla əməkdaşlıq etdiyini deyib: "İstintaqa çağrılanda xaricdə idim. Əgər mənimsəmədə iştirakım və cinayətim olsa idi xaricdə qalardım. Ötən ilin may ayında barəmdə cinayət işi başlanıldı. Uzun müddət istintaqla əməkdaşlıq etdim. Orada olan müstəntiqlərə bank işinin əsaslarını, kreditlərin hara yönəldildiyini deyirdim. Dekabr ayında isə barəmdə həbs qərarı çıxarıldı".

C.Hacıyevin sözlərinə görə, Beynəlxalq Bankla bağlı cinayət işi başlanılanda minlərlə adamın ölkədən çıxışına "stop" qoyulduğunu vurğulayıb.
C.Hacıyev vaxtilə Zamirə Hacıyevanın oğurlanmasından da danışıb: "Hacı Məmmədov və Zakir Nəsirov isə məndən 20 milyon pul tələb edirdi ki, həyat yoldaşımı azad etsinlər".

C.Hacıyev məhkəmədən barəsində bəraət hökmünün çıxarılmasını tələb edib.

Məhkəmə heyəti qeyri-müəyyən günə kimi müşavirəyə yollanıb.

Xatırladaq ki, dövlət ittihamçısı çıxışında C.Hacıyevin 17 il, A.Sultanov, İ.Abdullayev, M.Cahangirov, K.Orucovun hər birinin 8 il, İ.Hüseynovla Y.Ələkbərova 11 il və A.Cavadova isə 12 il 11 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib. Həmçinin, dövlət ittihamçısı təqsirləndirilən şəxslərinin hər birinin 3 il dövlət və yerli orqanlarda rəhbər vəzifə tutmaqdan məhrum edilməsini tələb edib. Beynəlxalq Bankın nümayəndəsi çıxışında banka dəyən ziyanın tam ödənilməsini istəyib.

Qeyd edək ki, Qeyd edək ki, Azərbaycan Beynəlxalq Bankı” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sabiq sədri C.Hacıyev ötən il dekabrın 5-də həbs edilib. Onun barəsində Nərimanov Rayon Məhkəməsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib. C.Hacıyev və digər 7 şəxsin - Mərkəzi filialın direktorları işləmiş Y.Ələkbərov və A.Sultanov, Mərkəzi filialın müdiri işləmiş İ.Abdullayev, bankın inzibati binalarının mühafizəsini həyata keçirən “İnter Security” MMC-nin baş direktoru İ.Hüseynov, bankın Nəqliyyat filialının direktoru işləmiş K.Orucov, bankın Nərimanov filialının direktoru işləmiş, hazırda "AFB Bank" ASC-nin Müşahidə Şurasının sədri olan M.Cahangirov və Bakı Fındıq Zavodunun direktoru işləmiş A.Cavadovun Cinayət Məcəlləsinin 179.3.1, 179.3.2 (mütəşəkkil dəstə tərəfindən külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda), 309.2 (vəzifə səlahiyyətlərini aşma ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı), 228.1 və 228.4-cü (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinin istintaqı yekunlaşaraq təqsirləndirilən şəxslər, onların müdafiəçiləri iş materialları ilə tanış edilmiş və iş üzrə ittiham aktı Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən iyulun 19-da təsdiq edilərək baxılması üçün aidiyyəti üzrə Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Onu da əlavə edək ki, C.Hacıyev, İ.Abdullayev, Y.Ələkbərov və İ.Hüseynov barələrində həbs qətimkan tədbiri seçilib. Həmin şəxslər hazırda həbsdədirlər. Digər 4 nəfər isə zamindədir.

Əlaqə üçün E-mail: Xalqİnfo@mail.ru

Şəfa Rasimqızı
Xalqİnfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler