» » Vəzifəli şəxsləri şantaj edib pul alan şəxs tutulub

Vəzifəli şəxsləri şantaj edib pul alan şəxs tutulub

Bölmə: Kriminal, BLOK XƏBƏR
Vəzifəli şəxsləri şantaj edib pul alan şəxs tutulub
Salyan rayon bələdiyyə sədrini şantaj edən şəxs tutulub.

ans press-in Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, cari ilin aprel ayının 9-da Salyan rayon Bələdiyyəsinin sədri Əşrəf Xanməmmədov Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək, cari il mart ayının 18-də özünü Demokratiyaya Yardım İctimai Birliyinin üzvü kimi təqdim edən Sabirabad rayon sakini Tofiq Qasımovun ondan pul istəməsini, verməyəcəyi təqdirdə onu internetdə və KİV-də tənqid edəcəyi ilə hədələməsini bildirib.

Salyan Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində T.Qasımov tutulub. Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun, Demokratiyaya Yardım İctimai Birliyinin sədri Emil Məmmədovun təhriki ilə cari ilin fevral ayının 14-də Aşağı Muğan Meliorativ Sistemləri İstismar İdarəsinin baş mühəndisi Zalış Bünyatovu hədələyərək 100 manat, Salyan Suvarma Sistemləri İdarəsinin baş mühəndisi İlham Əsgərovu hədələyərək 200 manat, aprelin 2-də Salyan Mənzil İstismar Təmir Tikinti İstehsalat Birliyinin rəisi Nazir Bəşirovu hədələyərək 50 manat tələb etməsi, habelə E.Məmmədovun ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun 2013-cü ilin dekabr ayı ərzində Salyan rayon Telekommunikasiya Qovşağının rəisi Faiq Nəcəfovu hədələyərək 200 manat və Salyan rayonu üzrə Maliyə İdarəsinin rəisi Mahir Kərimovu hədələyərək 200 manat tələb etməsi də müəyyən edilib.

Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində E.Məmmədov tutulub. Faktla əlaqədar cinayət işi başlanıb, əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler