» » "Cahan Holding"dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun

"Cahan Holding"dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun GÖRÜNTÜSÜ

Bölmə: Kriminal
"Cahan Holding"dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun
Daxili İşlər Nazirliyi Gəncədə baş vermiş oğurluq hadisəsi ilə bağlı məlumat yayıb.

"Xalqİnfo" bildirir ki, Lent.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Baş Cinayət Axtarışı İdarəsi, Baş Dövlət Yol Polisi İdarəsi, DİN-in Təhlükəsiz Şəhər Xidməti, Xəzər RPİ, Gəncə ŞBPİ və Kəpəz RPİ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 29-da “Cahan Holding” MMC-nin Gəncə şəhər filialından quldurluq yolu ilə içərisində 61250 manat və 6000 ABŞ dolları olan seyfi aparmış Gəncə şəhər sakini Asif Əliyev və Bakı şəhər sakini Vasif Əliyev tutulublar.


Qeyd edək ki, Asif Əliyev holdinqin Gəncə filialının rəhbərinin oğludur. Digər saxlanılan şəxs isə Asif Əliyevin əmisi oğludur.

Hadisə yerində çəkilmiş və hadisəni törətmiş şəxslərin görüntülərini ARB və APA-ya istinadən təqdim edirik.


*****

2 oktyabr

Bir neçə gün əvvəl ölkədə fəaliyyət göstərən holdinqlərdən birinin Gəncə nümayəndəliyindən içində pul olan kassanı aparan şəxslər saxlanılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə Gəncə şəhər Baş Polis İdarəsi və Kəpəz rayon Polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində holdinqlərdən birinin Gəncə nümayəndəliyindən içində pul olan kassanı aparan iki nəfər, 1992-ci il təvəllüdlü Asif Əliyev və onun əmisi oğlu və həmyaşıdı olan Vasif Əliyev Bakı şəhərində saxlanılıblar.

Onların kassadan götürdükləri 39 min 400 manat və 5700 dollar və holdinqin yaddaş aparatlarının kartları polis əməkdaşları tərəfindən geri götürülüb. Saxlanılan şəxslər istintaqa təhvil verilib. Məlumata görə saxlanılan Asif Əliyev holdinqin Gəncə nümayəndəliyinin rəhbərinin oğlu, Vasif Əliyev isə onun qardaşı oğludur.

Faktla bağlı Gəncə şəhər Baş Polis İdarəsində araşdırma aparılır.
"Cahan Holding"dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun
"Cahan Holding"dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun
"Cahan Holding"dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun
"Cahan Holding"dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun
"Cahan Holding"dən içi pulla dolu seyfi oğurlamış vəzifəli şəxsin oğlunun

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler