Ərini odunla öldürdü - VİDEOBölmə: Kriminal, BLOK XƏBƏR
Qubada dəhşətli qətl hadisəsi baş verib. Qadın həyat yoldaşının canına qıyıb. Odun parçası ilə edilən zərbələrdən ailə başçısı gözlərini əbədi yumub. ans tv-nin məlumatına görə, qətl Qubanın Susayqışlaq kəndində baş verib. Ailə üzvləri əvvəlcə kənd sakini, 2-ci qrup əlil Zeynal Xanəliyevin ağacdan yıxıldığını desələr də araşdırmalar onun öz arvadı tərəfindən qətlə yetirildiyi qənaətinə gəlib. Quba rayon prokurorunun böyük köməkçisi Rövşən Əhmədovun sözlərinə görə, təyin edilmiş məhkəmə-tibb ekspertizası nəticəsində müəyyən oldu ki, mərhumun üzərində bədən xəsarətləri var: “Sonradan onun yoldaşı Gülnaz Xanəliyeva öz ifadəsində etiraf etdi ki, həyat yoldaşı onun tərəfindən döyülərək öldürülüb”. Rövşən Əhmədov mərhum Zeynal Xanəliyevin odun parçası ilə qətlə yetirdiyini bildirdi. Quba polisi 3 qız anası Gülnaz Xanəliyevanı şübhəli şəxs qismində həbs edib. Faktla bağlı qəsdən adam öldürmə maddəsilə cinayət işi açılıb. |
XƏBƏR LENTİ
09.04.24 11:43 | Rusiya xəritəsinə bu şəhərlər də daxil ediləcək
09.04.24 11:41 | Şəhid anası vəfat etdi
09.04.24 11:38 | Prezident Hacıqabulda olub
|