» » Qızının başı kəsilmiş ata haray qopardı -

Qızının başı kəsilmiş ata haray qopardı - Foto

Bölmə: Kriminal, BLOK XƏBƏR
Qızının başı kəsilmiş ata haray qopardı -
“Evə zəng vurub dedilər ki, balanın başını kəsiblər. Bunu eşitmək necə də dəhşətlidir”. Bu ürək yandıran kəlməni iyunun 13-də gözəllik salonunda qətlə yetirilən Fəxriyyə Aslanovanın atası Firudin Aslanov ANS TV-nin “Adam içində” verlişinin çəkiliş kollektivinə bildirib.

Çəkiliş zamanı Fəxriyyə Aslanovanın anası Həmayə Orucovanın yanıqlı ağısı eşidən hər kəsin qəlbini yandırıb-yaxıb. Ananı yandıran odur ki, elə əvvəldən qızını Elçin Qasımova ərə verməyə razı olmayıb. Lakin sonradan rayonda hörmətli şəxslərdən sayılan Ziyafət müəllimin təkidi ilə razılaşıblar. İndi qəlbi yaralı ana ömür boyu Ziyafət müəllimə qarğış edəcək.

“Birinci dəfə kişi də qızı verməyə razı deyildi. Sonradan Ziyafət müəllimin təkidi, bizi razı saldı. Oğlun ölsün Ziyafət!”, - deyə ana yanıqlı qarğışı ilə ürəkləri yandırıb.

Qeyd edək ki, Fəxriyyə Aslanova ilə Elçin Qasımov bir il əvvəl boşanıblarmış. Onların nikahından bir qızları var. Ailə dağılandan sonra Fəxriyyə Aslanova ilə Elçin Qasımov arasında problemlər olub. Onlar arasında narazılıqlar həmişə dava-dalaşla nəticələnirmiş.

Həmayə Orucova deyir ki, Elçin Qasımov həmişə qızını ölümlə hədələyirmiş. Fəxriyyənin anası Həmayə Orucova Elçin barədə polisə şikayət etdiyini bildirib.

Xatırladaq ki, iyunun 13-də saat 15:00 radələrində Gədəbəy rayonunda gözəllik salonunda işləyən 1986-cı il təvəllüdlü Fəxriyyə Firudin qızı Aslanova keçmiş həyat yoldaşı 1981-ci il təvəllüdlü Elçin Qasımov tərəfindən qətlə yetirilib. Kişi qadının boğazını kəsib.

Hadisədən sonra gözəllik salonunda qonşuluqda olan şəxslər məlumat alıblar. Keçmiş arvadının boğazını kəsən Elçin Qasımov sonradan hadisə yerindən qaçıb. Dəhşətli cinayəti törədən şəxsin tapılması üçün xüsusi axtarış qrupu yaradılıb. Keçirilən axtarış zamanı onu saxlayıblar.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Qızının başı kəsilmiş ata haray qopardı -
Qızının başı kəsilmiş ata haray qopardı -
Qızının başı kəsilmiş ata haray qopardı -
Qızının başı kəsilmiş ata haray qopardı -

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler