» » Gəncədə dayı bacıoğlunun

Gəncədə dayı bacıoğlunun evini qarət edib

Bölmə: Kriminal, KİTAB ALƏMİ
Gəncədə dayı bacıoğlunun  Gəncədə oğurluq hadisəsi baş verib.

Xalqinfo.az “Qafqazinfo”nun Kəpəz TV-yə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, 30 iyulda Vaqif küçəsi, ev 65 ünvanında yaşayan Pərviz Məhərrəmov ərizə ilə Nizami Rayon Polis İdarəsinə müraciət edərək evinin qarət edildiyini bildirib.

Məhərrəmov oğurluq baş verdiyi zaman evdə heç kəsin olmadığını deyib. Naməlum şəxs evdən külli miqdarda qızıl-zinət əşyaları oğurlayıb. Gəncə Şəhər Baş Polis İdarəsi və Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Onun ev sahibinin dayısı 58 yaşlı Əbülfət Məmmədov olduğu məlum olub. Saxlanılan şəxs əməlini etiraf edib. Onun Rusiya Federasiyasında quldurluq faktına görə 10 il məhkumluq həyatı yaşadığı, Gəncədə isə oğurluq faktına görə məhkəmənin qərarı ilə inzibati qaydada cərimələndiyi də aşkarlanıb. Öz bacısı oğlunun malına göz dikən dayı barəsində cinayət işi açılıb, araşdırma aparılır.


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler