» » Xəstə ölümündə günahlandırılan 81 yaşlı həkim İŞDƏN QOVULDU

Xəstə ölümündə günahlandırılan 81 yaşlı həkim İŞDƏN QOVULDU

Bölmə: Kriminal, MANŞET
Xəstə ölümündə günahlandırılan 81 yaşlı həkim İŞDƏN QOVULDUSumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında baş verən ölüm hadisəsi ilə bağlı Səhiyyə Nazirliyində yaradılan xüsusi komissiyanın rəyi açıqlanıb


Xalqinfo.az Publika.az-a istinadən bildirir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, komissiyanın rəyinə əsasən, əməliyyat zamanı ölən xəstənin vəziyyəti ağır olduğundan əməliyyatına qərar verilib. Əməliyyat zamanı müəyyən narahatlıqlar yaranıb və qanaxma başlayıb. Həkimlər qanaxmanı saxlamağa cəhd etsələr də, nəticəsiz qalıb.

Komissiyanın rəyinə əsasən, əməliyyatı icra edən 81 yaşlı həkim Cəfər Quliyev vəzifəsindən azad olunub, xəstəxananın baş həkimi Rauf Sadıqova isə töhmət verilib.

Qeyd edək ki, 1981-ci il təvəllüdlü Veyisova Lumu Fazil qızı iyunun 26-da Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına daxil olub. Səhiyyə Nazirliyinin yaydığı məlumatda bildirilib ki, irinli öd kisəsinin çürüməsi prosesi olan xəstə çox gecikdirildiyindən və həkim öd kisəsinin partlamasından ehtiyat edərək xəstəni təcili əməliyyat edib. Lumu Veyisova xəstəxanaya gətirilən zaman öd kisəsi yolları tamam tutulmuş, qarın boşluğu isə dağılmış vəziyyətdə olub. Əməliyyat zamanı xəstənin öd kisəsi çıxarılıb, damarlar bağlanıb. Öd kisəsinin yatağı təmizlənərkən qanaxma başlayıb. 3 gün xəstəxanada qalan xəstə iyunun 29-da bütün yardımlara və cəhdlərə baxmayaraq, ölüb.

Xəstənin yaxınları Lumu Veyisovanın ölümündə həkimi günahlandırırlar. Onlar iddia edirlər ki, həkim yaşlı olduğu üçün əlləri əsdiyindən xəstənin damarlarını kəsib. Qanaxma bu səbəbdən yaranıb.



Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler