» » Şəkidə 27 yaşlı qadın

Şəkidə 27 yaşlı qadın dərmandan zəhərlənib

Bölmə: Kriminal, BLOK XƏBƏR
Şəkidə 27 yaşlı qadın  Şəkidə 27 yaşlı qadın zəhərlənib.

Xalqinfo.az bildirir ki, Şəki Rayon Mərkəzi Xəstəxanasından (RMX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, iyulun 10-u axşam saat 20:30 radələrində rayonun Kiçik Dəhnə kənd sakini, 1989-cu il təvəllüdlü, Elmira Rövşən qızı Kərimova kəskin zəhərlənmə əlamətləri ilə xəstəxanaya daxil olub.

Həkim müayinəsi və araşdırması zamanı məlum olub ki, 27 yaşlı E. Kərimova ehtiyatsızlıqdan gəmiriciləri məhv etmək üçün istifadə edilən dərman qəbul edib. E. Kərimovaya xəstəxanada lazımi ilkin tibbi yardım göstərildikdən sonra vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək üçün Respublika Toksikologiya Mərkəzinə göndərilib.

Faktla bağlı araşdırma aparılır.


Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler