» » Tərtərdə aşkarlanan at cəmdəkləri

Tərtərdə aşkarlanan at cəmdəkləri zərərsizləşdirilib

Bölmə: Kriminal
Tərtərdə aşkarlanan at cəmdəkləri  Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti (DBNX) Tərtər rayonunda at cəmdəkləri aşkarlayıb.

Xalqinfo.az bildirir ki, qurumdan “Qafqazinfo”ya verilən məlumata görə, iyul ayının 4-də Tərtər Rayon Polis Şöbəsi əməkdaşları tərəfindən Tərtər rayonunun Hüləvətli meşəsində Əliyev Ədalət Yaşar oğluna məxsus heyvan saxlanılan yataqda keçirdiyi reyd zamanı çəkisi 150 kq miqdarında olan 2 baş kəsilmiş at cəmdəkləri aşkar edilib.

Tərtər Rayon Baytarlıq İdarəsinin baytarlıq mütəxəssisləri aşkarlanan at cəmdəklərindən baytarlıq qanunvericiliyinə uyğun nümunələr götürərək ətin bakterioloji və biokimyəvi göstəricilərini müəyyənləşdirmək məqsədi ilə Respublika Baytarlıq Laboratoriyasına göndəriblər.

Aparılan müayinələrin nəticəsinə əsasən cəmdəklərin bakterioloji çirklənməyə məruz qalması (BÇQB, stafilakokkos aureus), keyfiyyətsiz və at ətinə məxsus olması və baytarlıq-sanitariya tələblərinə cavab verməməsi nəzərə alınaraq onların zərərsizləşdirilməsinə qərar verilib.

Qərara uyğun olaraq iyulun 9-da həmin at cəmdəkləri baytarlıq mütəxəssislərinin nəzarəti altında Tərtər rayonu ərazisində olan məişət tullantıları poliqonunda baytarlıq-sanitariya tələblərinə uyğun zərərsizləşdirilərək basdırılıb.





Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler