» » Terror planını “Təkqol” Əhməd qurub

Terror planını “Təkqol” Əhməd qurub

Bölmə: Kriminal, Dünya, BLOK XƏBƏR
Terror planını “Təkqol” Əhməd qurubİstanbulun Atatürk hava limanındakı terror aktını planlaşdıran şəxsin kimliyi müəyyən edilib.

Xalqinfo.az “Qafqazinfo”nun Türkiyə KİV-ə istinadən verdiyi məlumata əsasən xəbər verir ki, məlumata görə, terroçulardan biri “Təkqol” ləqəbli çeçen Əhməd Çatayevdir. O, İŞİD terror təşkilatının İstanbul qolunun başçısıdır. Hava limanında törədilən terror aktını onun planlaşdırıldığı iddia edilir.

Qeyd edilir ki, Çatayev həm də Sultanəhməd və Taksimdəki terror aktlarının təşkilatçısı kimi axtarışdadır. Hazırda polislər onun saxlanılması istiqamətində əməliyyatlar həyata keçirirlər. İstanbulun Anadolu və Avropa hissələrində 16 ünvanda keçirilən əməliyyatlarda 13 nəfər şübhəli şəxs saxlanılsa da, Çatayevi ələ keçirmək mümkün olmayıb.

Qeyd edək ki, Çeçenistan əsilli Çatayev “Qafqaz Əmirliyi” qruplaşmasında fəaliyyət göstərib, daha sonra İŞİD-ə qoşulub. 2000-ci illərdə Rusiyada həbsxanada olarkən bir qolu amputasiya edilən Çatayev 2003-cü ildə həbsxanadan qaçıb.



Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler