» » Generalın qohumu əsgəri güllələyib

Generalın qohumu əsgəri güllələyib

Bölmə: Kriminal
Generalın qohumu əsgəri güllələyib"2015-ci il mayın 8-də Qarabağda hərbi hissələrdən birində erməni əsgər Arutyun Ambaryan öldürülüb. Aparılan ilkin istintaq hadisəni intihar hesab edib".

Xalqinfo.az “Qafqazinfo”nun Anspress-ə istinadən verdiyi məlumata əsasənxəbər verir ki, bu barədə əsgərin ailəsinin qanuni nümayəndəsi, hərbi ekspert Ruben Martirosyan erməni mətbuatına bildirib. Onun sözlərinə görə, əsgərin işini aparan müstəntiq Nvera Avetisyan, həmçinin bu işi ört-basdır edərək əsgərin intihar etdiyini irəli sürən vəzifəlilər - İstintaq Komitəsinin rəhbəri Aqvan Ovsepyanan və Ermənistanbaş prokuroru Gevorq Kostanyan cinayətkardır.

Martirosyan onların həqiqi günahkarları məsuliyyətindən azad etmək üçün hər şey etdiyini qeyd edib.

Ekspert iddia edir ki, Ambaryan bir qrup insan tərəfindən qətlə yetirilib və onun qatilləri arasında qondarma “DQR-in müdafiə naziri” olmuş hazırda Ermənistan müdafiə nazirinin müavini olan general Movses Akopyanın qohumu olan Sasun Akopyan olub.

Martirosyanın sözlərinə görə, istintaq əsgərin avtomatının üstündəki barmaq izlərini silib, dəlilləri saxtalaşdırıb. Ambryan general Movsesin qohumu ilə münaqişəyə görə öldürülüb. Hadisədən əvvəl əsgər bu barədə bacısına danışıb.

Hadisədən bir neçə gün əvvəl Ambryanın Akopyanla münaqişəsi baş verib. GeneralMovses Akopyanın qohumu olan Sasun Akopyan adlı əsgər hərbi hissəsdə “hörmət sahibi” sayılır.

Ermənistan prezidenti Serj Sarkisyan cəbhədə yaşanan aprel gərginliyindən sonra orduda ikinci kadr dəyişikliyi ilə bağlı fərman imzalayıb. Yeni fərmanla Baş Qərargah rəisinin müavini Movses Akopyan işdən çıxarılıb. General-leytenant Akopyan müdafiə nazirinin müavini təyin edilib. Bundan sonra Movses Akopyan Müdafiə Nazirliyinin müavini vəzifəsi ilə yanaşı nazirliyin maddi-texniki təminat departamentinin rəhbəri vəzifəsini də yerinə yetirəcək.



Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler