» » Xəstəxanada daha bir faciə

Xəstəxanada daha bir faciə bir faciə

Bölmə: Kriminal, BLOK XƏBƏR
Xəstəxanada daha bir faciəAzərbaycanda xəstəxanada daha bir faciəli ölüm hadisəsi baş verib. Zaqatala rayon Mərkəzi Xəstəxanasında 6 aylıq uşaq həkim səhlənkarlığı ucbatından dünyasını dəyişib.

Xalqinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Ans press-ə xəstənin yaxınları məlumat verib.

Onların sözlərinə görə, uşağın vəziyyəti ağır olduğundan onu Bakıya gətirmək istəyiblər. Lakin həkimlər deyib ki, özləri əməliyyat edəcəklər. Nəticədə uşaq dünyasını dəyişib.

Bundan sonra uşağın yaxınları ilə həkimlər arasında dava düşüb. Polis əməkdaşları xəstəxanadadır. Baş həkim və digər həkimlərin xəstəxanadan qaçdığı deyilir.

Zaqatala rayon Mərkəzi Xəstəxanasından ölüm faktını təsdiqləyiblər. Xəstəxanadan bildirilib ki, dünyasını dəyişən uşağın adı Səlim Laçınovdur.

“O iki gün əvvəl əməliyyat olunub. Uşaq bağırsaq keçirməzliyindən əziyyət çəkirdi. Əməliyyatdan sonra vəziyyəti ağır olaraq qalıb və bu gün dünyasını dəyişib”, - deyə xəstəxanadan bildirilib.










Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler