» » Xaçmazda ağır qəzası ölümlə nəticələndi -

Xaçmazda ağır qəzası ölümlə nəticələndi - (FOTOLAR)

Bölmə: Kriminal, BLOK XƏBƏR
Xaçmazda ağır qəzası ölümlə nəticələndi - Xaçmaz rayonunda ağır yol nəqliyyat hadisəsi qeydə alınıb. İki minik avtomobilinin toqquşması nəticəsində sürücü həyatını itirib.

Xalqinfo.az Anspress-ə istinadən xəbər verir ki, Qəndab-Yalama yolunun 33-cü kilometrliyində "Mercedes" və "Lada Priora" markalı avtomobillər toqquşub. Qəza Xaçmaz rayonunun Əhmədoba kəndinin ərazisində olub. Xudat istiqamətində hərəkətdə olan və Şəmkir rayon sakini 36 yaşlı Tural Qəmbərovun idarə etdiyi "Mercedes" yolun əks hərəkətli hissəsinə çıxıb.

Nəticədə qarşıdan gələn və 26 yaşlı Toğrul Məhərrəmov tərəfindən idarə olunan "Priora" ilə toqquşub. Zərbənin gücündən "Priora" yol kənarındakı ağaca çırpılıb. Sürücü isə yerindəcə həyatını itirib. "Mercedes"in sükanı arxasında olan T. Qəmbərov isə yaralı halda xəstəxanaya çatdırılıb.

Hər iki avtomobil qəzadan sonra deformasiyaya uğrayıb, tamamilə yararsız vəziyyətə düşüb. Əzilmiş "Mercedes"dən yaralı sürücünü qəzaya şahid olmuş sakinlər çıxarıblar.

Qəzanın təfərrüatları araşdırılır.
Xaçmazda ağır qəzası ölümlə nəticələndi -
Xaçmazda ağır qəzası ölümlə nəticələndi -
Xaçmazda ağır qəzası ölümlə nəticələndi -
Xaçmazda ağır qəzası ölümlə nəticələndi -


















































































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler