» » Tapılan erməni sənədi ilə bağlı araşdırmalar başladı

Tapılan erməni sənədi ilə bağlı araşdırmalar başladı

Bölmə: Kriminal, MANŞET
Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.
Tapılan erməni sənədi ilə bağlı araşdırmalar başladıDövlət Təhlükəsizliyi Xidməti (DTX) Bakıda Ermənistan vətəndaşına məxsus sənədin tapılması barədə yayılan məlumatlara münasibət bildirib.


Xalqinfo.az Oxu.az-a istinadən bildirir ki, DTX-nin ictimai əlaqələr şöbəsindən Oxu.Az-a bildirilib ki, hazırda bu məsələ ilə əlaqədar müvafiq araşdırmalar aparılır.

Qeyd edək ki, Bakının Sabunçu rayonunda Ermənistan vətəndaşına məxsus sənəd tapılıb. Sosial şəbəkələrdə yayılan məlumata görə, Bakıxanov qəsəbəsi, Mehmandarov küçəsi, ev 8 ünvanın qarşısında, orada yaşayan 1979-cu il təvəllüdlü İlkin Alim oğlu Məmmədov Ermənistan vətəndaşına məxsus sürücülük vəsiqəsi tapıb.

Sənədin Ermənistan vətəndaşı, 1982-ci il təvəllüdlü Aleksan Arakelyana məxsus olduğu bildirilir. Sürücülük vəsiqəsi 27 avqust 2014-cü ildə Ermənistan hüquq-mühafizə orqanları tərəfindən verilib.

Sürücülük vəsiqəsi “RG 052597” nömrəli BC kateqoriyalıdır.



Kainat Şirin


Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler