Hava limanında bamba həyacanı

Bölmə: Kriminal, Dünya, BLOK XƏBƏR
Hava limanındaTürkiyənin İstanbul Sabiha Gökçen beynəlxalq hava limanında bomba həyəcanı yaşanıb.

Xalqinfo.az Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata əsasən xəbər verir ki, bu gecə saat 00.30 radələrində naməlum şəxs tərəfindən Sabiha Gökçen hava limanının daxili xətlər qapısının önünə çanta buraxılıb. Bunu görən insanlar təşvişə düşərək polisə zəng vurublar.

Hadisə yerinə gələn polis əməkdaşları hava limanının giriş-çıxışını bağlayaraq təhlükəsizlik tədbirləri görüblər.

Hadisə yerinə baxış keçirən istehkamçılar şübhəli çantanı yoxlayıblar. Məlum olub ki, çantanın içərisində yalnız dərman və tibbi ləvazimatlar var. Daha sonra şübhəli çanta sahibinə təslim edilib.





Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler