» » Bacı qardaşı üçün alt paltarında narkotik gizlədibmiş-

Bacı qardaşı üçün alt paltarında narkotik gizlədibmiş- Bakıda

Bölmə: Kriminal, BLOK XƏBƏR
Bacı qardaşı üçün alt paltarında narkotik gizlədibmiş-
Bakıda 12 saylı cəzaçəkmə müəssisəsinə narkotik aparan qadın saxlanılıb.


"Qafqazinfo" xəbər verir ki, Ədliyyə Nazirliyinin Penitensiar xidmət əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 12 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.2.4 maddəsinə əsasən azadlıqdan məhrum edilmiş məhkum Ramil Nizami oğlu Qafarovun yanına qısamüddətli görüşə gəlmiş bacısı Zülfiyyə Nizami qızı Qafarovanın gətirdiyi sovqata və üzərinə baxış keçirilən zaman, alt paltarında gizlədilmiş, şəffaf sellofana bükülmüş, xalis çəkisi 0,8 qram olan narkotik maddə “Marixuana” aşkar edilərək götürülüb.

Fakt üzrə araşdırma aparılır.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler