» » Dəhşətli qəzada bu insanlar öldü və yaralandı -TAM SİYAHI(FOTOLAR)

Dəhşətli qəzada bu insanlar öldü və yaralandı -TAM SİYAHI(FOTOLAR)

Bölmə: Kriminal, MANŞET
Dəhşətli qəzada bu insanlar öldü və yaralandı -TAM SİYAHI(FOTOLAR) Azərbaycan da baş verən dəhşətli qəzada ölən və yaralıların kimliyi məlum olub.
13:08

Astara rayonunda 2 nəfərin ölümü, 9 nəfərin yaranlanmasına səbəb olan və hadisə yerindən qaçan sürücü tutulub.
Xalqinfo.az Milli.Az-ın "Report"a istinadən verdiyi məlumata əsasən bildirir ki , 90 JS 588 dövlət qeydiyyat nömrə nişanlı, "Shacman" markalı yük maşınının sürücüsü Xaçmaz rayon sakini, 1984-cü il təvəllüdlü Vüsal İmran oğlu Xudaverdiyev tutularaq istintaqa cəlb olunub. V.Xudaverdiyev hüquq-mühafizə orqanlarının əməkdaşlarına ilkin ifadəsində yük maşınının əyləc sistemində nasazlığın olduğunu bildirib: "Bir neçə dəfə "tormuzu" basdım, "tormuz" tutmadı. Ona görə də maşını saxlaya bilmədim, maşın "Ford"la toqquşaraq aşdı".


-----------

12:38

Baş Prokurorluq Ələt-Astara magistralında baş verən ağır yol qəzası ilə bağlı məlumat yayıb.
Xalqinfo.az Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata əsasən bildirir ki , Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya bildirib ki, baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı fakta görə Astara rayon Polis Şöbəsinin istintaq bölməsində Cinayət Məcəlləsinin 263.3-cü (yol hərəkəti qaydalarını poza, iki və daha artıq şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.
E. Sultanov həmçinin qeyd edib ki, qəza nəticəsində 2 nəfər ölüb, 9 nəfər xəsarət alıb. Hadisə yerindən qaçan yük avtomobilinin sürücüsünün şəxsiyyətinin müəyyənləşdirilərək tutulması istiqamətində təxirəsalınmaz istintaq əməliyyat tədbirləri davam etdirilir.

Qeyd edək ki, bu gün Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.
"Ford" markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 2 sərnişinin öldüyü, 9 nəfərin müxtəlif bədən xəsarətləri aldığı bildirilib.

---------

12:18

Ələt-Astara magistral yolunun 220-ci kilometrliyində, Astaranın Çayoba kəndi ərzasində qəzaya düşən mikroavtobusda ölən və yaralananların adları məlum olub. Xalqinfo.az Milli.Az-ın "Report"a istinadən verdiyi məlumata əsasən bildirir ki , ölənlər - rayonun Ərçivan kənd sakinləri 1970-ci il təvəllüdlü Yeganə Sabir qızı Əliyeva və 1981-ci il təvəllüdlü Ramin Salam oğlu Quliyev, yaralananlar - Ərçivan kənd sakinləri 1992-ci il təvəllüdlü Tural Əsədli, 1992-ci il təvəllüdlü Elnarə Quliyeva, 2003-cü il təvəllüdlü Maral Fərhadova, 1965-ci il təvəllüdlü Pərinisə Baxşıyeva, Qəcimardə kənd sakini 1961-ci il təvəllüdlü Xudaşirin Əliyev, Çayoba kənd sakini 1957-ci il təvəllüdlü Məhərrəm Əliyev, Şiyəkəran kənd sakini 1959-cu il təvəllüdlü Nəzmiyyə Əliyeva, Astara şəhər sakini 1961-ci il təvəllüdlü Gülzar Camalova, Maşxan kənd sakini 1963-cü il təvəllüdlü Malik Salmanov.
Qeyd edək ki, "Shacman" markalı yük maşının sürücüsü hadisə yerindən qaçıb. Sürücünün tapılması və istintaqa cəlb olunması istiqamətində əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

---------

11:46

Astarda qəzaya düşən mikroavtobusda yaralananlardan 5 nəfərinin adı məlum olub. Xalqinfo.az Milli.Az-ın "Report"a istinadən verdiyi məlumata əsasən bildirir ki , bunlar Turan Əsədli, Xudaşirin Əsədli, Elnarə Quliyeva, Nəzmiyyə Əliyeva və Məhərrəm Əliyevdir.

---------

10:38

Ələt-Astara magistralında dəhşətli yol-nəqliyyat hadisəsi baş verib.

Xalqinfo.az Milli.Az-ın APA-ya istinadən verdiyi məlumata əsasən bildirir ki , hadisə saat 10 radələrində Astara rayonunun Çayova kəndi ərazisində qeydə alınıb.

"Ford" markalı sərnişin mikroavtobusunun ağır tonnajlı yük maşını ilə toqquşması nəticəsində avtobusda olan 4 sərnişin ölüb, 7 nəfər müxtəlif bədən xəsarətləri alıb.

Xəsarət alanlar Astara və Lənkəran xəstəxanalarına yerləşdiriliblər.

Dəhşətli qəzada bu insanlar öldü və yaralandı -TAM SİYAHI(FOTOLAR)
Dəhşətli qəzada bu insanlar öldü və yaralandı -TAM SİYAHI(FOTOLAR)
Dəhşətli qəzada bu insanlar öldü və yaralandı -TAM SİYAHI(FOTOLAR)
Dəhşətli qəzada bu insanlar öldü və yaralandı -TAM SİYAHI(FOTOLAR)
Dəhşətli qəzada bu insanlar öldü və yaralandı -TAM SİYAHI(FOTOLAR)








































Kainat Şirin



Xalqinfo.az

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler