» » Bakıda iyrənc olay - Ruhi xəstə 8 yaşlı uşağı zorladı

Bakıda iyrənc olay - Ruhi xəstə 8 yaşlı uşağı zorladı

Bölmə: Kriminal, BLOK XƏBƏR, MANŞET
Bakıda iyrənc olay - Ruhi xəstə 8 yaşlı uşağı zorladı

Bakının Sabunçu rayonunun Bakıxanov qəsəbəsində 8 yaşlı qız tanımadığı şəxs tərəfindən cinsi təcavüzə uğrayıb.

Xalqinfo” movqe.az-a istinadən xəbər verir ki, hadisə sözügedən qəsəbədə 8 yaşlı G. M-nın (adı şərtidir) yaşadığı binanın blokunda qeydə alınıb. Hadisəni törədən şəxs isə Sabunçu rayonu Zabrat qəsəbə sakini Vəhullah Allahyarovdur. Suraxanı rayonu, 13-cü polis bölməsindən əldə etdiyimiz məlumata görə, 8 yaşlı qıza cinsi təcavüz edən V. Allahyarov iki gün öncə tutularaq prokurorluq orqanına təhvil verilib.

V. Allahyarovun nənəsi öz ifadəsində nəvəsinin ruhi xəstə kimi 1 saylı Respublika Psixiatriya Xəstəxanasında qeydiyyatda olduğunu qeyd edib. V. Allahyarovun nənəsi nəvəsinin yenicə sözügedən müəssisədə müalicə olunaraq çıxdığını bildirib.

1 saylı Respublika Psixiatriya Xəstəxanasının baş həkimin müavini Aydın Səmədova sayta açıqlamasında tibb müəssisəsinin qapalı xəstəxana olduğunu, xəstələrlə bağlı məlumat verilməyin qadağan olunduğunu söyləyib.

Sabunçu rayon prokurorluğundan isə hadisəni təsdiqləsələr də, fakta dair ətraflı məlumat verməkdən imtina etdilər.

Qeyd edək ki, əldə etdiyimiz məlumata görə, 8 yaşlı G.M-ya təcavüz edən Vəhlullah Allahyarovun 19 yaşı var.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler