» » Rəis oğlu oğurluq etdi

Rəis oğlu oğurluq etdi

Bölmə: Kriminal, BLOK XƏBƏR
Rəis oğlu oğurluq etdi
Mayın 21-də Qubanın Zərdabi kənd sakini Azər Ağayevin mənzilinə basqın etməkdə təqsirli bilinən 3 nəfər saxlanılıb. “XALQİNFO”nun məlumatına görə, bu barədə ev sahibi məlumat verib. Onun sözlərinə görə, həmin şəxslərdən 2-si Abdulrəhmanov Elşən Nəriman oğlu və Qarayev Elmar İmran oğlu Quba şəhər sakinləri, 1 isə Qusar sakini Xanbutayev Murad Oruc oğludur. Təqsirləndirlənlərdən Elmar Qarayev Quba rayon polis şöbəsinin sahə rəisi İmran Qarayevin oğludur. Həmçinin digər iki nəfəri də bu əməli törətməyə məhz o təhrik edib.


Zərərçəkən bildirir ki, onlar əməllərini səmimi şəkildə etiraf ediblər. Evə girərkən əllərikdə dəyənək və digər soyuq silahlar olub. Məqsədləri mənzildəkilərə xəsarət yetirmək olsa da aralarında düşən mübahisə buna imkan verməyib.

Qeyd edək ki, evə basqın etməkdə təqsirli bilinən adıçəkilən şəxslərin saxlanmasını Quba RPŞ-də , o cümlədən Elmar Qarayevin atası polis mayoru İmran Qarayev də təsdiqləyib. Hazırda faktla bağlı araşdırma aparılır.qafqazinfo

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler