» » “Eşşək” sözünə görə qohumunu öldürdü -

“Eşşək” sözünə görə qohumunu öldürdü - Video

Bölmə: Kriminal, BLOK XƏBƏR
“Eşşək” sözünə görə qohumunu öldürdü -
Binəqədi rayonu ərazisində qohumlar arasında baş vermiş dava-dalaş ölümlə nəticələnib.



“XALQİNFO” ANS TV-yə istinadən xəbər verir ki, Binəqədi rayonu Biləcəri qəsəbəsi Məlik Aslanov küçəsi döngə 9 ünvanında yaşayan 30 yaşlı Rüstəm Həsənov onunla eyni məhəllədə yaşayan qohumu - bacanağının qardaşı 28 yaşlı Elşən Ələkbərovu qətlə yetirməkdə şübhəli bilinir. Hadisə isə adi mübahisə üstündə baş verib.

Elşən Ələkbərovun evdə yüksək səslə musiqi dinləməsi Rüstəmin xoşuna gələyib. Buna iradını bildirən Rüstəmə isə Elşən müsiqinin səsini eşitməmək üçün evinin pəncərəsini bağlamağı təklif edib. Qohumlar arasında mübahisə də bundan sonra baş verib.

Saxlanılan Rüstəm Həsənovu hadisəni belə danışır: “Həyətdən keçəndə dedi pəncərəni bağla. Dedim adam kimi de, dedi ki, eşşək özünsən”.

Mərhumun onu kürəklə vurduğunu iddia edən Rüstəm Həsənov bundan sonra onu bıçaqladığını deyir.

Binəqədi RPİ-nin əməkdaşı Kənan Abışovun sözlərinə görə, hadisə ilə bağli Rüstəm Həsənov barəsində Binəqədi rayon prokurorluğunda cinayət məcəlləsinin 120.1 qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanalıb. Etdiyi cinayətdən peşman olduğunu bildirən Rüstəm Həsənovun cinayəti sübuta yetirilsə o uzun illər azadlığı ilə vidalaşmalı olacaq.


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler