» » Məscidi yandıranların biri MTN əməkdaşı olub

Məscidi yandıranların biri MTN əməkdaşı olub

Bölmə: Kriminal, BLOK XƏBƏR
Məscidi yandıranların biri MTN əməkdaşı olub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Qaraçuxurda məscidi yandırmaqda ittiham olunan Namiq Nəsibov və Elnur Ələkbərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

“Xalqinfo” virtualaz.org-a istinadən xəbər verir ki, prosesə hakim Rauf Əliyev sədrlik edib. Prosesdə təqsirləndirilən Elnur Ələkbərov son söz deyib. Təqsirləndirilən son sözündə bildirib ki, məscidi Namiq Nəsirov yandırıb. O isə hadisə baş verən gün Namiqlə birlikdə taksidə olub, məscidin yandırılmasında iştirak etməyib. E.Ələkbərov günahının hadisə barədə hüquq-mühafizə orqanlarıa xəbər verməməkdə görüb.
Təqsirləndirilən şəxs 2007-ci ildən rəsmi olaraq Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı olduğunu, bir neçə əməliyyatda iştirak etdiyini və terrorizmə qarşı nifrət bəslədiyini deyib.

Məhkəmənin növbəti iclası fevralın 29-na təyin edilib.

Xatırladaq ki, dövlət ittihamçısı məhkəmədən E.Ələkbərovun 15 il, N.Nəsibovun isə 17 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, 2014-cü ilin noyabr ayının 26-da Qaraçuxur qəsəbəsində yerləşən “Cümə” məscidinə yandırıcı maye ilə doldurulmuş şüşə butulkalar atılaraq yanğın törədilib. Milli Təhlükəsizlik Nazirliyi tərəfindən keçirilmiş tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Namiq Nəsibov və Elnur Ələkbərov saxlanılıblar.

Onlar barəsində Cinayət Məcəlləsinin 214.2.1-ci (terrorçuluq), 228.2.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanıb.

Müəyyən edilib ki, N.Nəsibov 2014-cü ilin avqust-sentyabr aylarında “PKK” terror təşkilatının nəzarətində olan Suriya Ərəb Respublikasının ərazilərinə gedərək oradakı döyüşlərdə iştirak edib. O, Suriyanın Kobani şəhərindən qayıtdıqdan sonra E.Ələkbərov ilə birgə “PKK” terror təşkilatının respublikamızda qanadı olaraq qeyri-rəsmi “Yekbun” təşkilatını yaradıb və ətraflarına tərəfdarlar toplamaq işinə başlayıblar. N.Nəsibov və E.Ələkbərov internetdə sosial şəbəkələr vasitəsilə yaratdıqları təşkilatın adından Bakı şəhərində aksiyaların keçirilməsi üçün çağırışlar da edib.

Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler