Bakıda liftdə qadını soydu

Bölmə: Kriminal
Bakıda liftdə Bakıda liftdə soyğunçuluq hadisəsi baş verib.

Xalqinfo.az Report-a istinadən bildirir ki, hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Nəsimi rayonu, 2-ci mikrorayon, R.Məmmədov küçəsində yerləşən yaşayış binasının liftində qeydə alınıb.

Belə ki, naməlum şəxs 2-ci mikrorayon ev 28, mənzil 79-da yaşayan Mehrəliyeva Gülşənin əl çantasını əlindən alaraq qaçıb. Çantanın içərisində G.Mehrəliyevaya məxsus bank kartları, açarlar və pul kisəsi olub.

Hadisədən sonra G.Mehrəliyeva Nəsimi Rayon Polis İdarəsinin (RPİ) 19-cu Polis Bölməsinə (PB) müraciət edib.

Faktla bağlı Nəsimi RPİ-nin 19-cu PB-də araşdırma aparılır.



Kainat Şirin

Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler