» » Nazirlik məlumat yaydı -

Nazirlik məlumat yaydı - Bakıda təhlükəli ət satanla bağlı

Bölmə: Kriminal
Nazirlik məlumat yaydı -Abşeron rayonunda aşkarlanan sallaqxana ilə bağlı toplanmış materiallar Baş Prokurorluğa təqdim edilib.

Xaqlinfo.az Kənd Təsərrüfatı Nazirliyinindən Oxu.Az-a verilən məlumata əsasən bildirir ki, 9 yanvar 2016-cı il tarixdə Abşeron rayonunun Aşağı Güzdək qəsəbəsində keçirilən reyd zamanı Sərdar Mirsahib oğlu Şahverdiyevə məxsus ət kəsimi sexinin həyətindəki otaqların birində mənşəyi məlum olmayan, yararlığı şübhə doğuran, göyərmiş və üfunətli 2 heyvan cəmdəyi aşkar edilib.

Bundan başqa, 13 heyvan skleti və sümükləri, həmçinin 1 nömrəli soyuducuda 15 heyvan cəmdəyi, 2 nömrəli soyuducuda 5 heyvan cəmdəyi, plastik ləyənlərdə sümükdən ayrılmış 150 kiloqramdan çox ət və ət məhsulları, ətin sümükdən ayrılma otağında isə daha 3 heyvan cəmdəyi, sexin həyətində olan avtomobillərdə 2 baş xırdabuynuzlu heyvan cəmdəyi və 6 iribuynuzlu heyvan cəmdəyi də yoxlama aparılan ərazidə müəyyən edilib.

Həmin cəmdəklərin əksəriyyəti kaxeksiya və göyərmiş vəziyyətdə olub.

Məlumatda qeyd edilib ki, ət kəsimi məntəqəsi qeydiyyat sənədlərində heyvan kəsimi meydançası (sallaqxana) kimi göstərilsə də, əslində həmin məkan ayrı-ayrı rayonlardan qanunsuz yolla aqoniya vəziyyətində və ya öldükdən sonra kəsilmiş müxtəlif növ heyvan cəmdəklərinin tədarük edildiyi və yararsız heyvan ətinin "topdan satış"ının həyata keçirildiyi obyekt kimi fəaliyyət göstərib:

“Həmin yerdə müəyyən edilmiş heyvan cəmdəklərinin və sümükdən ayrılmış ət məhsullarının mənşəyi və qida üçün yararlılığı şübhə doğurduğuna görə onlardan nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına müayinə üçün göndərilib.

Laboratoriyada aparılan bakterioloji müayinə zamanı heyvan cəmdəklərində və sümüksüz ətlərdə bakterioloji çirklənmə (BÇQB, Stafilakokkus aureus) aşkar olunub, biokimyəvi müayinə zamanı yoxlanılan ət nümunələrinin keyfiyyətsiz olduğu, iki cəmdəyin at cəmdəyi olduğu, 19 nümunə ətin aqoniya halında və ya öldükdən sonra kəsildiyi müəyyən edilib.

İnsan və heyvan sağlamlığına təhlükəli olduğuna və baytarlıq-sanitariya tələblərinə cavab vermədiyinə görə 4 (dörd) tondan artıq heyvan cəmdəkləri və sümüksüz ət mütəxəssislərin və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə zərərsizləşdirilərək məhv edilib”.

Məlumatda o da qeyd olunub ki, S. Şahverdiyev əvvəllər də belə qanunsuz əməllərlə məşğul olub:

“26 iyun 2014-cü il tarixdə müxtəlif rayonlardan tədarük etdiyi ölmüş və aqoniya halında kəsilmiş, qida üçün təhlükəli olan 5500 (beş min beş yüz) kiloqramdan çox müxtəlif növ heyvan, o cümlədən at cəmdəklərini və sümükdən ayrılmış əti Bakı şəhəri, Nəsimi rayonu, A. Məhərrəmov küçəsi, 113 ünvanında satarkən onun qeyri-qanuni əməllərinin qarşısı Bakı şəhər Baytarlıq İdarəsinin mütəxəssisləri tərəfindən alınıb.

Bundan sonra S. Şahverdiyev qanunsuz əməllərini Abşeron rayonu Aşağı Güzdək qəsəbəsində davam etdirib. S. Şahverdiyevin yol verdiyi əməllərin insanların və heyvanların sağlamlığına ciddi təhlükə yaratdığını nəzərə alaraq barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikası Baş prokurorluğuna göndərilib”.


Kainat Şirin


Xalqinfo.az


Şərh Yaz

Ad:*
Şərh:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler